/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

R. Vud: «İranın əlində olan uran, bir neçə atom bombası istehsal etmək üçün yetərlidir»

Şriftin ölçüsü:  11px13px15px17px

«İranın əlində olan uran ehtiyatı bir neçə atom bombası istehsal etmək üçün yetərlidir». Belə bəyanatla Birləşmiş Ştatların Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki təmsilçisi Robert Vud çıxış edib. Rəsmi Tehran hələ fevral ayında Natanz nüvə zavodunda uranın saflaşdırılması məqsədilə əlavə olaraq, 3 min sentrifuq quraşdırdığını bəyan edib. Bununlada İranda sentrifuqaların sayı 9 minə çatıb. Birləşmiş Ştatlarla yanaşı, bir sıra Qərb ölkələri də iranın sülh niyyətli nüvə proqramı adı altında atom bombası hazırladığından şübhələnir. Rəsmi Tehran isə nüvə silahı istehsal etmədiyini və yalnız ölkənin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq niyyətində olduğunu iddia edir. Bu arada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Yukiya Amono bildirib ki, İran, nüvə silahı istehsal edən müəssislərdə izi itirmək üçün bəzi addımlar atıb. Bura iki binanın məhv edilməsi də daxildir. Bunu kosmosdan çəkilən şəkillər də təsdiqləyir. Bu arada iyunun 17 – i və 18-də İranla altılıq ölkələri arasında Moskvada keçiriləcək görüş öncəsi tərəflər arasında gərginlik müşahidə olunur. İran tərəfi danışıqlara qədər bəzi detalların razılaşdırılması ilə bağlı Avropa İttifaqına iki dəfə müraciət etdiyini bəyan edib. Lakin qarşı tərfdən hər iki məktuba cavab verilməyib. Qeyd edək ki, danışıqlarda altılıq ölkələri İrandan nüvə silahı istehsal etmədiyini sübut etməyi, İran isə ona qarşı irəli sürülən sanksiyaların aradan qaldırılmasını tələb edir.

13:00 / 06.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 37
Bu gün: 16804
Bu ay: 371039
Ümumi: 12549426
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın