/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Misirdə gərginlik artır

Şriftin ölçüsü:  11px13px15px17px

Misirdə prezident seçkilərinin ikinci turu və ölkənin keçmiş lideri Hüsnü Mübarək barəsində verilən hökmün fonunda gərginlik davam edir. Prezident seçkilərində məğlubiyyətə uğrayan namizədlər, səsvermənin ikinci mərhələsinin dayandırılmasını tələb edirlər. Məğlub namizədlər həmçinin prezident seçkilərinin birinci turunda qalib gələn keçmiş baş nazir - Əhməd Şəfiqin seçkilərdən uzaqlaşdırılmasını və ona qarşı siyasi təcrid qanununun tətbiq edilməsini təkid edirlər. Təkliflər sırasında Prezident Şurasının yaradılması da var. Seçkilərin dayandırılmasını tələb edənlər arasında ikinci turda Əhməd Şəfiqlə mübarizə aparacaq «Müsəlman qardaşları» hərakatının namizədi Məhəmməd Mursi, artıq marafondan kənarda qalan Əbdül Moneym Əbu Əl-Futu və Həmdin Sabahi da var. Adıçəkilən şəxslər hesab edirlər ki, ölkə hələ də Mübarək rejimi tərəfindən idarə edilir. Onların sözlərinə görə, parlament və məhkəmə sistemi hələ də Mübarək rejiminin təsiri altındadır. Onlar ömürlük həbs cəzası almış Hüsnü Mübarəkin məhkəmə prosesinin yekunlarına əsasən belə qənaətə gəldiklərini bildirirlər. Siyasətçilər keçmiş Misir prezidenti və onun fünksionerlərinin yenidən mühakimə edilməsini istəyirlər. Mursi, Əl Futuh və Sabahi öz tərəfdarlarını növbəti dəfə «Milyonların yürüşünü» keçirməyə çağırıblar. Yürüşün keçirilməsində əsas məqsəd Əhməd Şəfiqin seçkilərdən uzaqlaşdırılması, Mübarək və onun tərəfdarları üzərində yenidən məhkəmə prosesinin qurulmasıdır. Bu arada minlərlə misirli siyasətçilərin çağırışına qoşularaq, Təhrir meydanına toplaşıblar. Nümayişçilər məhkəmə və Mübarək dövrünün son baş naziri Şəfiqin əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar Prezident Şurasının qurulmasını və Misiri hərbiçilərin deyil, Şuranın idarə etməsini tələb ediblər. Nümayişçilərə məğlub namizədlər - Həmdin Sabahi və Əbdül Moneym Əbu Əl Futuh da qoşulub. Qeyd edək ki, hazırda Misiri idarə edən hərbçilər, Prezident Şurası yaratmaq ideyasını rədd ediblər. Bu arada onlarla liberal yönümlü siyasi partiyanı özündə birləşdiriən «Misir milli cəbhəsi» ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turuna qədər yeni konstitutsiya bəyannaməsinin qəbul olunmasını təklif edib.

13:00 / 05.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 1393
Bu ay: 416622
Ümumi: 17185955
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın