/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Vyanada İranın nüvə proqramı müzakirəyə çıxarılacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə İranın nüvə proqramı yenidən müzakirəyə çıxarılacaq. Bu arada İranın ali dini lideri Əli Xamneyi, nüvə böhranının Qərb tərəfindən, süni şəkildə şişirdildiyini bəyan edib. Vyanada keçirilən toplantıda əsas diqqət problemin texniki tərəflərinə və məsələnin mərhələli həlli üçün yolların tapılmasına yönəldiləcək. Şuranın iclasında konkret sənədlərin və ya İrana qarşı hər hansı «Sərt tədbirlər» planının qəbul ediləcəyi gözlənlirmir. Agentlikdə hesab edirlər ki, Tehranın nüvə proqramı ilə bağlı kifayət qədər qətnamə qəbul edilib və yenisinə ehtiyac yoxdur. Digər tərəfdən hazırki şəraitdə İrana qarşı daha sərt addımların atılması, tehranla altılıq ölkələri arasında nəzərdə tutulmuş danışıqlar prosesinə mənfi təsir edə bilər. Xatırladaq ki, İranın nüvə proqramı ətrafında danışıqların növbəti mərhələsi iyunun 18-də, Moskvada keçiriləcək. Danışıqlar ərəfəsində tərəflərin tələblərinə gəlincə, İran, uranın 20 faiz saflaşdırılmasını dayandırmağın əvəzində ona qarşı irəli sürülən sanksiyaların aradan qaldırılmasını istəyir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik isə ekspertlərinin Pərçin nüvə obyektinə baxış keçirməsinə icazə verilməsini və İranın nüvə proqramının həqiqətən dinc məqsədlərə xidmət etdiyini sübut edən sənədlərin ortaya çıxarılmasını tələb edir.

13:00 / 04.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 43
Bu gün: 8056
Bu ay: 298041
Ümumi: 14432402
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın