/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Bəşər Əsədə təziqlər artır

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya müxalifəti prezident Bəşər Əsədə ultimatum göndərib. Ondan, 48 saat ərzində ölkədə vəziyyəti nizamlamaq tələb olunur. Müxalifətçilər bildiriblər ki, Bəşər Əsəd BMT və Ərəb Liqasının xüsusi elçisi Kofi Annanın planına riayət etməlidir. Əks halda onu ağır nəticələr gözləyir. Nəticələrin nə olacağı isə hələlik açıqlanmayıb. Müxalifətçilər tələbləri yerinə yetirilməsə atəşkəsi pozacaqlarını bəyan ediblər. Bu arada, məlum olduğu kimi Vaşinqton və Paris planın yerinə yetirilməyəcəyi tədirdə Suriyaya hərbi müdaxiləni istisna etmir. Fransa isə yalnız BMT təsdiq etdikdən sonra Suriyayada hərbi əməliyyatlara başlamağın tərəfdarıdır. Bununla yanaşı Rusiyanın Suriya problemi ilə bağlı tutduğu mövqe dəyişməzdir. Rusiya həmçinin Suriyada Annan planının həyata keçirilməsində heç bir irəliləyiş görmür. Bir müddət öncə Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya hərbi müdaxiləyə yol verməmək üçün veto hüququndan istifadə edəcəyini bəyan etmişdi. Dəməşqə qarşı siyasi müharibə artıq başlayıb. 14 dövlət Suriya səfirlərini geri göndərib. Rusiya xarici işlər naziri səfirlərin geri göndərilməsinin məsələnin sülh yolu ilə həllinə heç bir müsbət təsiri olmayacağını bildirib. Çin isə Suriyanın səfirini geri göndərməyəcəyini bəyan edib. Qeyd edək ki, Suriyada hökumət qüvvələri ilə müxalifət arasında toqquşmalar 2011-ci ilin mart ayından başlayıb və hələ də davam edir.

09:00 / 31.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 39
Bu gün: 725
Bu ay: 415954
Ümumi: 17185287
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın