/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Annan Əsədə «Sabah gec ola bilər» dedi

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyadakı vəziyyət böhranlı nöqtəyə çatıb. Bunu BMT və Ərəb Dövlətləri Birliyinin Suriya üzrə təmsilçisi Kofi Annan Dəməşqdə ölkə rəhbərliyi ilə keçirdiyi iki günlük görüşdən sonra bildirib. Annanın sözlərinə görə o, Suriya prezidenti Bəşər Əsəddən həbs olunmuş müxalifət tərəfdarlarının azadlığa buraxılmasını tələb edib. Dəməşqdə keçirilən danışıqların nəticəsi olaraq Suriyaya humanitar yardımın məhdudiyyətsiz çatdırılmasına dair razılaşmaya nail olunub. Annan Suriya paytaxtında müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb. Diplomatın sözlərinə görə onun zorakılığın tam olaraq dayandırılması və yol xəritəsinin müddəalarının yerinə yetirilməsi çağırışı münaqişəyə cəlb olunmuş bütün tərəflərə, eləcə də nüfuzlu regional oyunçulara yönəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Kofi Annanla telefon danışığı zamanı Suriyanın Hula kəndində baş verən faciənin obyektiv təhqiqatının aparılmasının zəruri olduğunu vurğulayıb. O, Suriyada gələcəkdə oxşar insidentlərə yol verməmək üçün bütün münaqişə tərəflərinin ləngimədən zorakılıqdan əl çəkməli olduqlarını bildirib. Lavrov bütün xarici qüvvələrin suriyalıları hərtərəfli siyasi dialoqun başlanması üçün təbliğat aparmasının vacib olduğunu hesab edir. Bu arada ABŞ Dövlət Departamenti Vaşinqtondakı Suriya səfirinə ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Lakin səfirin ölkədən qovulması rəmzi xarakter daşıyır. Belə ki, səfir İmad Mustafa hələ ötən ilin sonunda Dəməşqə geri çağırılmışdı. Bununla yanaşı, Almaniya, İtaliya və Fransa da Dəməşqdəki səfirlərini geri çağırıblar. Qeyd edək ki, bir sıra Avropa ölkələri bu qərarı hula faciəsindən sonra veriblər.

09:00 / 30.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 482
Bu ay: 29420
Ümumi: 17249873
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın