/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Misirdə gərginlik davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Misirdə prezident seçkiləri fonunda gərginlik davam edir. Mərkəzi seçki komissiyası səsvermələrin ilkin nəticələrini açıqlayıb. Nəticələrdən razı qalmayanlar etiraz aksiyaları keçiriblər. Misirdə etirazçılar prezidentliyə namizəd Əhməd Şəfiqin seçki qərargahına hücum edib. Bir qrup gənc binaya daxil olaraq içəridə yanğın törətdib daha sonra binanın üzərinə yandırıcı maddələr dolu qablar atıblar. Onlar prezident seçkilərinin birinci mərhələsində liderlik edən islamçıların, onların namizədi Məhəmməd Mursinin əleyhinə də şuarlar səsləndirib. Təhrir meydanında da etiraz aksiyaları davam edir. Ötən gecədən küçələrə çıxan misirlilər seçkilərdə səsvermələrin yekunları ilə razı olmadıqlarını bəyan edirlər. Onlar nəticələrin ləvğ edilməsini və Mursi və Şəfiqin iştirakı olmadan «İnqilabçı qüvvələrin» namizədləri arasında yenidən səsvermələrin keçirilməsini tələb edirlər. Təklif olunana namizədlər sırasında daha çox Həmdin Səbbahinin adı çəkilir. Bir müddət əvvəl Mərkəzi Seçki Komissiyası mayın 23 və 24 keçirilən səsvermələrin nəticələrini elan edib. Həmin nəticələrə əsasən «Müsəlman qardaşları» hərakatının namizədi Məhəmməd Mursi seçicilərin 24,8 faiz səsini qazanıb. Keçmiş mülki aviasiya naziri və Mübarək dövrünün sonuncu naziri Əhməd Şəfiqə 23,7 faiz seçici səs verib. Üçüncü yerdə isə 20,7 faiz səslə sosialistlərin lideri Həmdin Səbbahi olub. İslamçı Əbu Əl Futuh 17,5, liberal diplomat Əmr Mussa 10,9, digər namizədlər isə 3 faizdən az səs toplayıblar. Seçkilərinin ikinci turunda prezident kürsüsü uğrunda Mursi və Şəfiq mübarizə aparacaq. Seçkilərdə uduzan namizədlər səsvermələr zamanı kütləvi qanun pozuntularına yol verildiyini iddia edirlər. Səs vermələrin qadağan olunmasına baxmayaraq seçkilərdə 900 min polis əməkdaşı iştirak edib. Səsvermələri izləyən beynəlxalq müşahidəçilər də qanun pozuntuları olduğunu bildiriblər. Lakin onların sözlərinə görə bu pozuntular ümumi nəticələrə təsir etməyib.

09:00 / 29.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 1017
Bu ay: 29955
Ümumi: 17250408
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın