/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Hulada ölənlərin sayı 116 – ya çatıb

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyanın Homs vilayətindəki hula kəndində törədilən qətliam nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb. 300 nəfər yaralanıb. Bu hadisədən sonra Suriya ətrafında vəziyyət daha da gərginləşib. BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib və baş verənlər pislənilib. Hulada ölənlərin 38-nin uşaq olduğu bildirilir. Müxalifət tərəfdarları qətllərin ordu qüvvələri tərəfindən törədildiyini iddia etsələr də, Suriya hökuməti bunu təkzib edir. Məsələylə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısının keçirilməsi təklifi isə Böyük Britaniyadan gəlib. Fransa isə Suriya hökumətindən «Yaşayış məntəqələrində artilleriyadan istifadəyə son qoymaq və ordunu dərhal geri çəkməyi» tələb edən qətnamə layihəsi irəli sürüb. Rusiya sənədin müzakirəsinə qarşı çıxaraq, şura üzvlərini insidentlə bağlı ətraflı araşdırma aparmağa çağırıb. Yekunda Təhlükəsizlik Şurası Suriyada ordu qüvvələrinin törətdiyi qətliamı pisləyən qətnamə qəbul edib. Hulada baş verən hadisələr kəskin pislənib. Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri isə qətliamın hökumət qüvvələri tərəfindən törədildiyini təkzib edib. Baş verənlərlə əlaqədar Suriyada müxalifətin etiraz aksiyaları keçirilir. Hazırda Dəməşqlə yanaşı Suriyanın müxtəlif şəhərlərində hökumət əleyhinə nümayişlər davam edir. Azad Suriya ordusu isə bəyan edib ki, əgər BMT Təhlükəsizlik Şurası dinc sakinlərin müdafiəsi istiqamətində müəyyən tədbirlər görməsə, atəşkəsi pozacaq. Qeyd edək ki, son bir neçə gündə Suriyada vəziyyət daha da pisləşib. Bir sıra şəhərlərdə silahlı toqquşmaların davam edir.

13:00 / 28.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 1150
Bu ay: 416379
Ümumi: 17185712
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın