/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Misirlilər prezident seçir

Şriftin ölçüsü:  11px13px15px17px

Misirdə prezident seçkilərinə start verilib. Seçkilər Hüsnü Mübarək rejimini devirən 25 yanvar inqilabından sonra ilk dəfə keçirilir. Seçkilərdə 13 namizəd mübarizə aparır. Onlardan ikisi son anda namizədliklərini geri götürüb. Lakin namizədlərin seçkilərə qatılmamaq qərarı seçki komissiyasının qoyduğu müddət bitdikdən sonra verildiyi üçün onların adları seçki bülletenlərindən çıxarılmayıb. 13 namizəddən üçü müxtəlif dini cərəyanları təmsil edir, digərləri isə dünyəvi siyasətçilərdir. Ölkənin keçmiş vitse-prezidenti və kəşfiyyat rəhbəri namizəd Ömər Süleyman da seçkilərdən uzaqlaşdırılanlar arasındadır. Müşahidəçilərin sözlərinə görə, kimin prezident olacağını hələ heç kəs söyləyə bilməz. Əgər 23 və 24 may seçkiləri seçkiöncəsi kampaniyanın ssenarisini təkrarlayarsa, onda ölkədən gərginlik yenidən arta bilər. Namizədlərdən heç biri ilk turda 50 faizlik səs baryerini aşa bilməsə, iyunun 16-17-də seçkilərin ikinci turu keçiriləcək. Misirin yeni prezidenini seçmək üçün 50 milyondan artıq seçicinin bu gün seçki məntəqələrinə gələcəyi gözlənilir. Hazırki konstitusiyaya uyğun olaraq Misirdə ölkə başçısı 4 il müddətinə seçilir. Prezident Misir vətəndaşı olmalı və 40 yaşından cavan olmamalıdır. Vəzifəyə başladıqdan sonra 60 gün ərzində ölkə başçısı 1 və ya bir neçə vitse-prezident təyin etməlidir. Seçkilərdə şansları yüksək qiymətləndirilən namizədlər islamçılar – Məhəmməd Mursi və Əbdül Moneym Əbu Əl-Futuh, eləcə də, Mübarək dövründə yüksək vəzifələr tutan Əmr Musa və Əhəd Şəfiqdir. Ölkədə 14 min seçki məntəqəsində səsvermə həyata keçirilir. Onların hər birində hakimlər fəaliyyət göstərəcək. Səsvermənin gedişinə nəzarət etmək və səslərin hesablanması məhz hakimlər korpusuna həvalə olunub. Seçkilərin ilk turu iki gün davam edəcək və mayın 24-də yekunlaşacaq. Səsvermənin nəticələri isə mayın 28-də məlum olacaq.

09:00 / 23.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 119
Bu ay: 415348
Ümumi: 17184681
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın