/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Azərbaycanın NATO üçün əhəmiyyəti artır

Şriftin ölçüsü:  11px13px15px17px

NATO Azərbaycanla əməkdaşlığı genişləndirir. Hərbi alyansın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanaları da böyükdür. Ekspertlər regionda təhlükəsizliyin təminatı baxımından NATO ilə tərəfdaşlığı müsbət qiymətləndirirlər. Cənubi Qafqaz və Moldovodakı uzunmüddətli münaqişələr NATO-nu narahat edən əsas problemlərdəndir. Hərbi alyans bu münaqişələrə münasibət bildirərək, tərəfləri konstruktivliyə və siyasi iradə nümayiş etdirib, sülh yolu ilə həllinə, həmçinin danışıqların formatına hörmət etməyə çağırır. NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü tanıyır, münaqişələrin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi və Helsinki yekun aktı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Siyasi analitiklər Çikaqo sammitində qəbul edilən yekun sənəddə yer alan bu müddəanı NATO –nun Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə rolunun göstəricsi kimi dəyərləndirirlər. NATO-nun Dağlıq Qarabağ münaqişəsinə ərazi bütövlüyü konteksindən yanaşması işğalçı Ermənistanı ciddi narahat edir. Təcavüzkar ölkənin rəhbəri məhz bu səbəbdən artıq ikinci dəfədir ki, NATO-nun sammitinə qatılmaqdan imtina edir. KTMT-yə üzv olan təcavüzkar ölkə ilə əməkdaşlıq, hərbi alyans üçün ümumiyyətlə əhəmiyyətli deyil. Çikaqo sammiti beynəlxalq problemlərin həllində yeni siyasətin və strategiyanın təqdim edilməsi və münaqişəli bölgələrdə hərbi alyansın rolunun daha da artırılması baxımından əhəmiyyətli hesab olunur. Qəbul edilən siyasi qərarların tərəfdaş ölkələrlə əməkdaşlığa təkan verəcəyi dəqiqdir. Ekspertlər hesab edir ki, NATO-nun gücünün artması Cənubi Qafqazda təhlükəsizliyin təminatı baxımından yeni imkanlar açır. Hərbi alynasın 2020-ci ilədək dünyada mütləq gücə çevrilməsi NATO-nun riskli bölgələrdə təsir imkanlarını artıracaq.

16:00 / 22.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 13011
Bu ay: 264207
Ümumi: 13753823
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın