/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Yəməndə vəziyyət gərgin olaraq qalır

Şriftin ölçüsü:  11px13px15px17px

Yəməndə vəziyyət gərgin olaraq qalır. Paytaxt Sənada yüzlərlə yəmənli küçələrə çıxaraq, terror qurbanlarını yad ediblər. Ötən gün, çoxlu sayda insanın ölümü ilə nəticələnən terror aktını BMT də kəskin pisləyib. Əllərində şamlar tutan yürüş iştirakçıları ötən gün baş vermiş terror aktının qurbanlarını yad ediblər. Xatırladaq ki, paytaxt Sənada Cənubi və Şimali Yəmənin birləşməsinin 22-ci ildönümü münasibətilə təşkil edilmiş hərbi parad zamanı törədilən terror aktı nəticəsində 96 nəfər həyatını itirib. 300 nəfərin yaralanıb. Onların əksəriyyəti hərbiçilərdir. Hadisə, hərbçi geyimində meydana daxil olan kamikadzenin özünü partlatması nəticəsiçndə baş verib. İnsidentə görə məsuliyyəti öz üzərinə götürən «Əl-Qaidə» terror təşkilatı əsas hədəfinin yəmənin müdafiə naziri , general - mayor Məhəmməd Nəsir Əhməd Əli olduğunu bəyan edib. Qeyd edək ki, partlayış zamanı müdafiə naziri və digər yüksək rütbləi hərbiçilər xəsarət almayıblar. Yerli mətbuat orqanlarının məlumatına görə, «Əl-Qaidə» təşkilatı sənada yeni terror hücumları təşkil edəcəyini bildirib. Onlarıni əsas tələbi isə «Əl- Qaidə» əleyhinə həyata keçirilən əməliyyatların dayandırılmasıdır. Bu arada BMT Yəməndə baş verən terror aktını pisləyərək, hadisəni insanlığa qarşı cinayət adlandırıb. Təşkilatın baş katibi Ban Ki Mun, bildirib ki, bu cinayətə heç cür bəraət qazandırmaq olmaz. Baş katib günhkarların tapılaraq, məsuliyyətə cəlb olunmasını tələb edib və yəmənliləri zorakılığa yol verməməyə çağırıb.

13:00 / 22.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 767
Bu ay: 415996
Ümumi: 17185329
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın