/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada yenidən gərginlik yaşanıb

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada ötən gün, cümə namazından sonra yenidən gərginlik yaşanıb. Minlərlə hökumət əleyhdarı küçələrə axışıb. Aksiyalar bu dəfə də qanlı insidentlə nəticələnib. Hələbdə minlərlə şəhər sakini aksiya keçirib. Həmin vaxt BMT müşahidəçiləri də şəhərdə olublar. Aksiya zamanı naməlum silahlılar gözlənilmədən nümayişçilərə atəş açıblar. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Paytaxt Dəməşqdə keçirilən aksiyalara da ordu müdaxilə edib. Əsgərlərin nümayişçilərə atəş açması nəticəsində azı iki nəfər həlak olub. Xeyli sayda yaralının olduğu bildirilir. Bu arada BMT baş katibi Ban Gi Mun, ötən həftə Suriyada baş vermiş terror aktlarının arxasında «Əl - Qaidə» yaraqlılarının durduğunu iddia edir. Bu arada Pan Gi Munun hərbi işlər üzrə məsləhətçisi Babakar Qay, Suriyaya səfər edib. Qayın ölkə rəsmiləri, Kofi Annanın Suriyada səfərdə olan köməkçisi - Jan Mari Guhenyo və beynəlxalq müşahiəçilərlə görüşəcəyi gözlənilir. Qeyri rəsmi məlumatlara görə isə, yaxın bir neçə gün ərzində Suriya ərazisinə 20-yə yaxın «Əl-Qaidə» üzvü olduğu ehtimal olunan naməlum şəxs daxil olub. Onların Türkiyə ərazisndən Suriya tərəfinə keçdiyi iddia olunur. Artıq rəsmi Dəməşq Türkiyə ilə sərhəd ərazilərdə hərbçilərin sayının artırılması və sərhəd - keçid məntəqələrində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi barədə göstəriş verib.

13:00 / 19.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 747
Bu ay: 415976
Ümumi: 17185309
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın