/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Bəşər Əsədin rəqibi istefa verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya Milli Şurasının rəhbəri Burhan Qalyun tutduğu vəzifədən getməsi ilə bağlı bəyanat verib. Keçmiş şura liderinin sözlərinə görə o bu addımı Bəşər Əsəd əleyhdarı olan bütün qüvvələrin birləşməsi üçün atıb. Qalyun şuranın lideri postuna xələfinin seçkilər vasitəsilə və ya bütün müxalif qüvvələrin razılığı ilə təyin olunmasını arzulayıb. Bundan öncə digər birləşmələrin nümayəndələri Qalyunu diktator davranışlarda, şura rəhbərliyini isə üsyançı hərəkatla əlbir olmaqda günahlandırırdılar. Bunula yanaşı, yerli koordinasiya komitəsi vəziyyət köklü surətdə dəyişməsə, Suriya Milli Şurasından çıxacağını bəyan etmişdi. Bundan başqa şura rəhbərliyi dəfələrlə ölkədə üsyançılar arasında əlaqə və koordinasiya yarada bilməməkdə tənqid olunurdu. Xatırladaq ki, Suriya Milli Şurası ötən ilin avqustunda üsyanların başladığı zaman təsis olunub. Bu təşkilata Suriyadan emiqrasiya etmiş ictimai xadimlər, müxalifətçilər, həmçinin, hazırki rejimin təqibindən qaçanlar üzvdürlər. Bu arada BMT baş katibi Ban Ki Mun mayın 10-da Dəməşqdə baş verən terror aktlarına görə «Əl-Qaidə» terror qruplaşmasını günahlandırıb. Baş katib baş verənləri irimiqyaslı və ciddi terror hücumu adlandırıb. Təşkilat rəhbəri terror hadisəsinin yenidən çox ciddi problemlər yaratdığını bildirib. Qeyd edək ki, mayın 10-da Dəməşqdə Suriya kəşfiyyat idarəsinin qarşısında törədilən iki partlayış nəticəsində 55 nəfər həlak olmuş, daha 372 nəfər xəsarət almışdı. Terror aktına görə məsuliyyəti hələ də heç bir qruplaşma öz üzərinə götürməyib.

09:00 / 18.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 659
Bu ay: 415888
Ümumi: 17185221
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın