/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İrana qarşı yeni sanksiyalar tətbiq edilib

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar silah qaçaqmalçılığında şübhəli bilinən iki İran vətəndaşı və şirkətinə qarşı irəli sürülüb. Qərara əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşları - Əzim Ağacan və Əli Əkbər Təbatabainin xarici banklardakı hesabları dondurulub. Əmlaklarına isə həbs qoyulub. Bununla yanaşı həmin şəxslərin xarici ölkələrə səfəri qadağan edilir. Qeyd edək ki, Ağacani və Təbatabaiyə qarşı Avropa Birliyi də sanksiya tətbiq edib. Bu arada İtaliya İrandan neft idxalını artırıb. Cari ilin fevral ayı ilə müqayisədə rəsmi Roma adıçəkilən ölkədən 6 faiz çox neft alıb. Fevral ayında bu rəqəm 400 min ton idisə, martda alış 425 min tona çatdırılıb.

13:00 / 17.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 22631
Bu ay: 127903
Ümumi: 14262264
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın