/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Vyanada İranın nüvə proqramı müzakirə ediləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Rəsmi Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa edirlər. Danışıqlar Vyanada, bağlı qapılar arxasında keçiriləcək. Bu gün keçiriləcək toplantıda, nümayəndə heyyətlərinə İranın atom enerjisi üzrə beynəlxalq agentlikdəki nümayəndəsi Əli Əsgər Soltani və agentliyin baş direktorunun müavini Herman Nakarts rəhbərlik edir. Əli Əsgər Soltani bir daha bəyan edib ki, rəsmi Tehran beynəlxalq agentliklə əməkdaşlığa və ona qarşı irəli sürülən iddiaların yalan olduğunu sübut etməyə hazırdır. O, Vyana görüşündə əvvəllər razılaşdırılmamaş məsələlərin həllini tapacağına ümid etdiyini bildirib. Ekspertlər isə hesab edir ki, Vyana görüşündə tərəflər arasında ciddi razılaşdırma əldə edilməyəcək. Belə ki, danışıqlar İrana qarşı irəli sürülən konkret tələblərlə bağlı deyil, sadəcə mübahisəli məsələlərin yenidən nəzərdən keçirilməsi və hərbi obyektlər də daxil olmaqla bəzi ərazilərdə yoxlamaların aparılmasına razılıq əldə olunmasını nəzərdə tutur. Görüşdə agentlik ekspertlərinin İranın nüvə proqramı ilə bağlı sənədlərlə tanış olmasına icazə verilməsi məsələsi də gündəmdə olacaq. Danışıqlarda irəliləyiş əldə edilərsə, İranla altılıq ölkələri arasında, mayın 23-də bağdadda keçiriləcək növbəti görüş üçün də əlverişli şərait yaranacaq. Həmin görüşdə isə Tehranın nüvə proqramı ilə bağlı daha mühüm məsələlrin həlli və irana qarşı sanksiyaların yumşaldılması müzakirə ediləcək.

16:00 / 14.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 6440
Bu ay: 135062
Ümumi: 14269423
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın