/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT Təhlükəsizlik Şurasının fəaliyyət proqramı açıqlanıb

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə fəaliyyət proqramı açıqlanıb. Bu barədə Azərbaycanın təşkilat yanındakı daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri Aqşin Mehdiyev keçirdiyi mətbuat konfransında məlumat verib. Diplomat bildirib ki, Azərbaycan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bununla belə, rəsmi Bakı təşkilat çərçivəsində beynəlxalq təhlükəsizliyin təmin edilməsi prosesində fəal iştirak edib. Sonra sədr, Şuranın may ayında Azərbaycanın sədrliyi ilə proqramının təsdiqləndiyini bildirib. Proqramma əsasən Qvineya Bisaudakı vəziyyət, Suriyada sabitliyin bərpası problemi və xüsusi elçi Kofi Annnanın planının yerinə yetirilməsi məsələləri diqqət mərkəzində olacaq. Bundan başqa «Əl Qaidə» terror təşkilatı ilə mübarizə, eləcə də, BMT Təhlükəsizlik Şurasının Liviya üzrə qətnaməsinin yerinə yetirilməsi məsələsinin müzakirəsi də planlaşdırılır. Səfir onu da bildirib ki, rəsmi Ankaranın təklifi ilə mayın 26-27-də İstanbulda BMT Təhlükəsizlik Şurasının qeyri-formal sammitinin keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən bu gün Azərbaycanın NATO - nun «Sülh naminə tərəfdaşlıq proqramı»-na qoşulmasından 18 il ötür. Bu müddət ərzində ölkəmiz təşkilatla birgə müxtəlif layihələr həyata keçirib. Azərbaycanın Avropaya inteqrasiyası sürətlənib. İnsan hüquqlarının təmin edilməsi, hərbi sistemin modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi baxımından Azərbaycan Şimali Atlantika Təşkilatının bütün göstəricilərinə uyğun gəlir. Bakının NATO ilə əməkdaşlıqda fəallığı, ümumiyyətlə Avropaya inteqrasiyada maraqlı olması təşkilatın ekspertlərinin diqqətindən də yayınmayıb. NATO-nun rəsmi internet səhifəsində Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Azərbaycanın rolu xüsusi vurğulanıb.

09:00 / 04.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 42
Bu gün: 8507
Bu ay: 298492
Ümumi: 14432853
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın