
BMT Təhlukəsizlik Şurasının Azərbaycanın sədrliyi ilə ilk iclası keçirilib. İclasda Sudanla Cənubi Sudan arasındakı munaqişə muzakirə olunub. Çıxış edənlər tərəfləri sərhədboyu hərbi əməliyyatlara dərhal son qoymaga, silahlı quvvələri geri çəkməyə, iki həftə ərzində danışıqlar masası arxasına qayıtmaga və aralarında olan məsələlər uzrə maksimum uç ay ərzində razılıga gəlməyə çagırıblar. Bildirilib ki, əks təqdirdə, tərəflərə qarşı BMT-nin nizamnaməsinə uygun “Muvafiq tədbirlər”, o cumlədən başqa BMT-yə uzv dovlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi munasibətlərin tam və ya qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər. Amerika Birləşmiş Ştatları tərəfindən təklif edilən və Sudanla Cənubi Sudan arasında sərhədboyu vəziyyəti “Beynəlxalq sulh və sabitliyə ciddi təhdid” adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlukəsizlik Şurasının butun 15 uzvu tərəfindən yekdilliklə qəbul edilib.
13:00 / 03.05.2012