/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada zorakılıq halları davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada zorakılıq halları davam edir. BMT baş katibi Ban Ki Mun isə Norveçdən olan general - Robert Mudu Suriya üzrə müşahidə missiyasının rəhbəri təyin edib. Suriyanın Həma şəhəri ordu qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 12 nəfər həlak olub, onlarla insan yaralınıb. Yerli hüquq müdafiə təşkilatlarının məlumatına görə, Həma şəhərinin atəşə tutulması artıq bir neçə saatdır ki, davam edir. Hüquq müdafiəçiləri qurbanların sayının artıq 15 – ə çatdığını bildirirlər. Hazırda şəhərdə bir neçə BMT müşahidəçisi fəaliyyət göstərir. BMT baş katibi Ban Ki Mun isə Norveçdən olan general - Robert Mudu Suriya üzrə müşahidə missiyasının rəhbəri təyin edib. 54 yaşlı general-mayor, 2009-cu ildən 2011-ci ilədək BMT-nin barışıq şərtlərinə əməl olunmasına nəzarət üzrə komitəsinə rəhbərlik edib. Xatırladaq ki, Robert Muda BMT müşahidçilərinin Suriyaya göndərilməsi məsələsnə dair hökumətlə danışıqlar aparmaq həvalə edilmişdi. Fransanın xarici işlər naziri Alen Jüppe isə suriyalı müxalifət nümayəndələri ilə görüşüb. Görüşdən sonra nazir bəyanatla çıxış edib. Jupenin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında Suriyaya hərbi müdaxilə məsələsinə baxıla bilər. Bu arada Avropa Şurası Parlament Assambleyasında Suriya ilə bağlı qətnamə layihəsinin qəbul olunması gözlənilir. Rusiya nümayəndə heyətinin məlumatına əsasən, qətnamə layihəsi kifayət qədər balanslaşdırılıb və münaqişə tərəflərinə qarşı bərabər tələblər irəli sürür. Sənəd, tərəfləri təkcə atəşkəs rejiminə əməl etməyə deyil, həmçinin, demokratik dəyişiliklər etmək üçün danışıqlara başlamağa çağırır.

13:00 / 26.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 462
Bu ay: 29400
Ümumi: 17249853
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın