/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İsraildən İrana növbəti ultimatum

Şriftin ölçüsü:  11px13px15px17px

İran, Avropa ölkələrinə neft ixracını tamamilə dayandıracağı ilə hədələyib. Ölkənin neft naziri Rüstəm Qasemi bu addımın İrana tətbiq edilən sanksiyalara cavab olduğunu nəzərə çatdırıb. İranın neft naziri, Avropa ölkələrinə neft ixracının dayandırılmasının ölkə büdcəsinə ziyan vurmayacağını bildirib. Qasemi artıq alternativ alıcılarla müqavilələrin bağlandığını da diqqətə çatdırıb. Məlumat üçün deyək ki, «OPEK» –ə üzv ölkələr içərisində İran, Səudiyyə Ərəbistanından sonra ikinci iri neft hasilatçısıdır. Dünya üzrə yanacaq ixracına görə isə İran, Səudiyyə Ərəbistanı və Rusiyadan sonra üçüncü yerə çıxıb. Bu arada israilin baş naziri Benyamin Netanyahu, İrana növbəti dəfə ultimatum göndərib. «SNN» telekanalına müsahibəsində o, Tehrandan uranın saflaşdırılması prosesini tamamilə dayandırmağı tələb edib. Baş nazirin fikrincə, lazım gələrsə, Tehran, dinc məqsədlərlə istifadə etmək üçün digər ölkələrdən nüvə yanacağı əldə edə bilər. İsrail mətbuatı isə Birləşmiş Ştatlar və Qərb ölkələrinin, İslam Respublikasına 2013 – cü ilin əvvəlinə kimi vaxt verdiyi barədə məlumatlar yayıb. Əgər iran, bu müddətədək beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməsə, müharibə qaçılmazdır. İsrail silahlı qüvvələrinin komandanı Benni Qans isə , İranın atom bombası yaradacağına inanmadığını bildirib. Onun sözlərinə görə, ölkənin dini lideri Xameneyi belə bir işə qol qoyarsa, çox böyük bir səhv etmiş olacaq.

19:00 / 25.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 188
Bu ay: 415417
Ümumi: 17184750
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın