/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyaya qarşı yeni sanksiyalar qəbul edildi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar paketini qəbul edib. Abş da öz növbəsində Suriyadakı iri şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq edib. Avropa Birliyi Suriya hökumətindən bütün qoşunları və ağır texnikanı şəhərlərdən çıxarmağı və beynəlxalq humanitar təşkilatların ölkə ərazisinə daxil olmasına şərait yaratmağı tələb edir. Bu barədə xarici işlər nazirlərinin görüşünün nəticələrindən danışan qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton bəyanat verib. ABŞ Avropa Birliyinin bu ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyaları müsbət qarşılayıb. ABŞ hökuməti də İran və Suriyadakı şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq edib. «Onlar internetdən və digər informasiya texnologiyalarından istifadə etməklə güc sturukturlarına vətəndaşlara və siyasi müxalifətə qarşı repressiyalar həyata keçirirlər». Bunu isə ABŞ prezidenti Barak Obama deyib. Müxalif Suriya Milli Şurası Annan planı ilə işləməyə və onun uğur əldə etməsinə şans verməyə hazırdır. Bunu Qahirədə səfərdə olan şuranın rəhbəri Burhan Qalyun Misirin xarici işlər naziri Məhəmməd Kamal Əmrlə görüşündən sonra bildirib. Qalyunun sözlərinə görə misirli nazirlə görüşdə müzakirə olunan əsas məsələ Qahirənin Suriya inqilabında oynaya biləcəyi rol olub. Müxalifət liderinin sözlərinə görə İranın yardımı və Rusiyanın siyasi pərdəsi olmasaydı, Suriya rejimi çətin ki, zorakılığı davam etdirməyə cürət edərdi. O, həmçinin, qeyd edib ki, Bəşər Əsəd rejiminin əleyhdarlarının silahlandırılması məsələsi Kamal Əmrlə müzakirə olunmayıb.

09:00 / 24.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 13439
Bu ay: 28840
Ümumi: 17249293
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın