/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İran, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məktub göndərib

Şriftin ölçüsü:  11px13px15px17px

İran, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə nüvə proqramını yenidən müzakirə etməyə hazırdır. Artıq rəsmi Tehran quruma məktubla müraciət də edib. Avropa İttifaqı isə İrana nəzərdə tutalan neft embarqosunun icrasını qeyri – müəyyən vaxta qədər təxirə salıb. Məsələ ən azı may ayının sonuna kimi müzakirə edilməyəcək. Qeyd edək ki, bu gün, Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək toplantısında, iyulun 1 – dən İrana neft embarqosunun tətbiq edilməsi barədə qərar qəbul edilməliydi. Məsələ may ayının sonunda, nazirlərin növbəti toplantısında yenidən müzakirə ediləcək. Yeri gəlmişkən, Avropa İttifaqı ölkələri yanacağa olan tələbatlarının 20 faizini İran nefti hesabına ödəyirlər. Bu arada Yaponiyanın iki böyük neft şirkəti - «Şova şel» və «Kosmo oyl» İranla neft idxalına dair müqavilənin vaxtını uzadıblar. Lakin «Kosmo oyl» İrandan alınan neftin həcmini kifayət qədər azaltdığını açıqlayıb. Rəsmi Tehran isə daha bir konstruktiv addım atıb. İran rəsmiləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə ölkənin nüvə proqramının yenidən müzakirə edilməsi ilə bağlı məktub ünvanlayıblar. Müraciətdə Tehranın danışıqlara hazır olduğu vurğulanır. Lakin məktubda kifayət qədər mübahisəli - «Pərçin» hərbi bazası və poliqonu ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilmir. Agentlik əməkdaşlarının hərbi obyektdə təftiş aparması üçün bəzi prolemlərin olduğu bildirilir. Qeyd edək ki, cari ilin fevral ayında İranda səfərdə olan agentlik müşahidəçilərinin sözügedən obyektə baxış keçirməsinə icazə verilməyib.

13:00 / 23.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 1713
Bu ay: 151454
Ümumi: 14285815
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın