/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT TŞ – də Suriya ilə bağlı qətnamə layihəsi razılaşdırılıb

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı yeni qətnamə layihəsi razılaşdırılıb. Qətnamənin bu gün axşam saatlarında səsverməyə çıxarılacağı gözlənilir. Rusiyanın BMT Təhlükəsizlik Şürasındakı daimi nümayəndəsi Vitali Çurkin, layihənin yekdilliklə qəbul olunacağına əminlyini bildirib. Sənəd, Təhlüksəizlik Şurasına təklif olunan iki müxtəlif layihə əsasında tərtib edilib. Qətnamə layihəsinin müddəlalarına görə, Suriyadakı müşahidəçilərin sayı 300-ə çatıdırılacaq. Bundan əlavə, rəsmi Dəməşq, beynəlxal müşahidəçilərin ölkə ərzasində sərbəst hərəkətini, texniki vasitələr və nəqliyyatla təchizatını təmin etməlidiir. Müşahidəçilərin ilkin olaraq Suriyada 90 gün fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu arada gələn həftənin sonuna qədər Suriyadakı müşahidəçilərin sayı 7 – dən 30 –a çatdırılacaq. BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın sözçüsü - Əhməd Fevzinin sözlərinə görə, artıq məsələ ilə bağlı rəsmi Dəməşqə məlumat verilib. Birləşmiş Millətlər Təşkilatının genevrədə keçirilən tolplantısında isə Suriyaya humanitar yardımların ayrılması ilə bağlı müzakirələr keçirilib. Toplantı sonunda gəlinən razılığa əsasən, qurumdaxili büdcədən Suriyaya 180 milyon dollar maliyyə yardımı ayrılacaq. Yardımlar əsasən ərzaq, çadır və dərman preparatları şəklində olacaq. Bununla əlaqədar «Suriyaya humanitar yardım» fondu yaradılır. Birləşmiş Ştatlar isə bu ölkəyə əlavə olaraq, 8 milyon dollar ayıracağını açıqlayıb. Suriyada zorakılıq halları isə hələ də davam edir. Ötən gün cümə namazından sonra Homs, Dera və paytaxt Dəməşqdə yenidən kütləvi etiraz aksiyaları keçirilib. Qeyri - rəsmi məlumatlara görə, ordu qüvvələri bu dəfə də aksiyaları dağıtmaq üçün silahdan istifadə edib. Nəticədə 10-dan artıq insan qətlə yetirilib.

13:00 / 21.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 42
Bu gün: 8062
Bu ay: 298047
Ümumi: 14432408
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın