/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Misirdə kütləvi aksiya keçiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Misirin paytaxtı Qahirədə kütləvi etiraz aksiyasının keçirilcəyi gözlənliir. Aksiyaçılar Mərkəzi Seçki Komissiyasının bəzi qərarlarına etiraz edəcəklər. Bəhreyndə isə nümayişlər ixtişaşla müşaiyyət olunub. Bəhreyndə keçirilən kütləvi nümayişlər zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Yüzlərlə etirazçı paytaxt manamada, Britaniya səfirliyi yaxınlığında nümayiş keçirməyə cəhd edib. Bu zaman onlar asayiş keşikçilərinin müqaviməti ilə üzləşiblər. Polis, nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Qeyd edək ki, aksiyaçılar Bəhreyn hökumətindən siyasi islahatlar keçirməyi və həbsdə olan müxalifətçilərin azadlığa buraxılmasını tələb edirlər. Bu gün Misirdə liberal və islamçı partiya və hərəkatların iştirakı ilə, Təhrir meydanında kütləvi nümayiş keçiriləcəyi gözlənilir. Aksiya təşkilatçılarının sözlərinə görə, nümayişin keçirilməsində əsas məqsəd, Hüsnü Mübarək rejimi ilə əlaqədə olan siyasətçilərin prezident seçkilərində iştirakının qarşısını almaqdır. Müsəlman qardaşları hərəkatı da aksiyalara qoşulacaq. İslamçılar Mərkəzi Seçki Komissiyası tərəfindən heyrət Əş-Şətirin namizədliyinin ləğv edilməsinə etiraz edəcəklər. Hərəkat fəallarının fikrincə, seçki komissiyasının bu qərarı siyasi motivlidir. Onlar Ali Hərbi Şuranı seçkiöncəsi kampaniyaya müdaxilə etməkdə günahlandırırlar. Hakimiyyəti iyunun 30-dan gec olmayaraq mülki şəxslərə verməyi tələb edirlər.

13:00 / 20.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 4722
Bu ay: 494004
Ümumi: 15260545
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın