/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO Əsədin devrilməsi prosesinə cəlb edilir

Şriftin ölçüsü:  11px13px15px17px

Parisdə Suriyanın dostları qrupunun iclası baş tutub. Qrupa daxil olan 14 ölkənin xarici işlər nazirləri Suriya hökumətindən Kofi Annan planına əməl etməyi və BMT Təhlükəsizlik Şurasının yardımı ilə Dəməşqə qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Hillari Klinton isə Türkiyənin ərazi bütövlüyünə təhlükə yaranacağı halda, NATO-nun yardımından istifadə ediləcəyini bildirib. Görüşdə çıxış edən Fransanın xarici işlər naziri Alen Juppe bəyan edib ki, atəşkəsin elan olunmasına baxmayaraq, Homs və Suriyanın digər şəhərlərinin sakinləri ordu qüvvələrinin zorakılığına məruz qalır. O, deyib ki, iclasa toplaşan nümayyəndə heyətləri hamısı Annan planını dəstəkləyir. Rəsmi Dəməşq isə öhdəliklərini yerinə yetirmir. Buna görədə Suriyada gərginlik pik nöqtəsinə çatıb. Müxalifət Annan planına əməl edir, lakin Suriya rejiminin buna riayət etdiyini demək olmaz. Bura toplaşan dövlətlər Suriya hökumətindən qəbul etdiyi öhdəliklərə müvafiq olaraq zorakılığı dayandırmağı tələb edirlər. Annan planının uğursuzluqla nəticələnməsi hətta bütün regionda vətəndaş müharibəsinə gətirib çıxara bilər. Alen Jupe belə deyib.

09:00 / 20.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 24073
Bu ay: 433489
Ümumi: 13923105
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın