/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Tehran – Əbu – Dabi qarşıdurması qızışır

Şriftin ölçüsü:  11px13px15px17px

Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında mübahisəli adalarla bağlı yaranmış gərginlik getdikcə artır. Rəsmi Əbu-Dabi artıq Tehrandakı səfirini geri çağırıb. Xəbər verildiyi kimi bir müddət öncə İran prezidenti Mahmud Əhmədinecatın Hörmüz boğazı yaxınlarındakı mübahisəli adalardan biri - Əbu Mussaya səfər etməsi, iki ölkə arasında münasibətləri kəskin pisləşdirib. Ərəb əmirlikləri adanın ona məxsus olduğunu bildirir. İran prezidentinin adaya səfərinin təxribat xarakterli olduğunu bəyan edir. Həmçinin bildirilir ki, Mahmud Əhmədinicatın Əbu Mussa adasına səfəri mübahisəli ərazilər məsələsinin sülh yolu ilə həllinə mane olur. «Bu ada Birləşmiş Ərəb Əmirlikllərinə məxsusdur və ora İran prezidentinin səfəri adanın statusunu dəyişdirə bilməz» - Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. Bəyanatda vurğulanır ki, adaya sahiblik məsələsinin həll edilməsi üçün beynəlxalq ədalət məhkəməsinə müraciət ediləcək. İran tərəfi isə adaya sahiblik haqqını müzakirə etməyəcəklərini, yalınz bəzi yanlışlıqların aradan qaldırılması üçün müzakirələrə hazır olduqlarını bildirir. Tehran rəsmiləri bəyan edirlər ki, əgər məsələ diplomatik yolla həll edilməsə, İran silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinə öz gücünü göstərməli olacaq.

13:00 / 19.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 4520
Bu ay: 493802
Ümumi: 15260343
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın