/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO Suriyada baş verənlərə müdaxilə edə bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada gərginlik səngimir. Bu ölkədə yaşananlar Brüsseldə NATO ölkələrinin müdafiə və xarici işlər nazrlərinin sammitində də gündəmə gətirilib. NATO baş katibi Anders Foq Rasmussen NATO-nun Suriyaya müdaxilə niyyəti olmadığını bəyan edib. ABŞ dövlət katibi Hillari Klinton isə Suriyada yaşananların Türkiyə sərhədlərinə qədər çatdığını və Kilisdə 2 nəfərin öldürülməsindən narahatlığını ifadə edib. Klinton Suriyadakı vəziyyətin pik nöqtəsində olduğunu bildirib. O, Annan planının uğurla nəticələnəcəyini və sanksiyaları sərtləşdirmədən öncə Bəşər Əsədin son şansını itirəcəyini bəyan edib. Bu arada Pekində səfərdə olan Suriyanın xarici işlər naziri Valid Muallim Kofi Annan planının yerinə yetirilməsi üçün hökumətin əlindən gələni etdiyini bildirib. Bununla yanaşı, nazir qonşu Türkiyəni qaçqınlar problemini süni şəkildə şişirtməkdə ittiham edib. O, həmçinin, Türkiyənin təhlükəsiz dəhlizlərin və təcrid olunmuş zonaların yaradılmasından imtina etmədiyini və bunun da Suriyanın daxili işlərinə silahlı müdaxiləyə yol açdığını bəyan edib. Valid Muallim müxalif döyüşçülərin barışığı pozdüqlarını bildirib. O, Suriyanın BMT müşahidəçiləri missiyasının ölkəyə gəlməsində maraqlı olduğunu vurğulayıb. Suriyada fəaliyyətdə olan müşahidəçilər qrupu isə Dera şəhərinə baş çəkdikdən sonra ölkənin mərkəzində yerləşən Homs şəhərinə yollanıblar. Hökumət qüvvələri və üsyançılar arasında baş verən silahlı qarşıdurma nəticəsində daha çox zərər görən bu şəhərdə hərbi ekspertlər vəziyyətlə yaxından tanış olmaq niyyətindədirlər. Homsun bir sıra rayonlarında vəziyyət tədricən normallaşmağa doğru getsə də, ümumilikdə gərginlik hələ də qalmaqdadır. Demək olar ki, hər gün Türkiyə ilə sərhəddə yerləşən İdlib rayonunda polis işçilərinə qarşı hücumlar davam edir. Belə ki, dünən baş verən qarşıdurma nəticəsində burada 1 zabit, 5 əsgər həlak olub, daha 11 nəfər xəsarət alıb. Bununla yanaşı, Dəməşq-Aleppo yolunda da vəziyyət təhlükəli olaraq qalır. Son günlərdə bu ərazidə bomba partladılıb, bundan başqa dinc sakinlər və hərbçilərin əsir götürülməsinə cəhd edilib. BMT-nin Beyrutdakı regional bölməsindəki mənbələrin məlumatına əsasən yarımformatlı missiyanın genişləndirilməsi üçün BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsinə ehtiyac var. Məlumata görə bu qətnamə BMT baş katibi Ban Ki Munun hesabatından və Kofi Annanın növbəti videokonfransından sonra gələn həftənin əvvəlində qəbul oluna bilər. Dəməşqə isə daha 30 ekspertin gedəcəyi gözlənilir.

09:00 / 19.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 8673
Bu ay: 315351
Ümumi: 13804967
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın