/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO – nun sammiti işə başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Belçikanın paytaxtı Brüsseldə NATO - ya üzv dövlətlərin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə sammit işə başlayıb. Sammit iki gün davam edəcək. Sammitin ilk günündə Əfqanıstandakı vəziyyət müzakirə olunub. Qurumun baş katibi Anders Foq Rasmussen, 2014-cü ilin son rübünə kimi NATO hərbçilərinin 90 faizinin Əfqanıstandan çıxarılacağını bildirib. Bununla da ölkədə təhlükəsizliyə nəzarət tam olaraq əfqan hərbçilərinə ötürüləcək. Əfqanıstanda qalacaq az sayda NATO əsgərləri isə yerli hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə yardım məqsədilə daha bir neçə il bu ölkədə qalacaq. Əfqanıstan rəhbərliyindən hər hansı rəsmi müraciət daxil olarsa, o zaman yenidən ölkəyə məhdud sayda NATO sülhməramlısı göndərilə bilər. Toplantıda qoşunların çıxarılmasından sonra ölkəyə ediləcək maliyyə yardımları məsələsi də müzakirə olunub. İlkin olaraq hər il əfqan hökumətinə 4 milyard dollar ayrılması nəzərdə tutulub. Toplantıda məbləğin böyük hissəsinin quruma üzv Avropa dövlətlərinin hesabına qarşılanması barədə təklif səslənib. Lakin bu haqda sonn qərar verilməyib. Məsələ ilə bağlı yekun razılığın isə may ayının 20 və 21-də Birləşmiş Ştatların Çikaqo şəhərində baş tutacaq növbəti sammitdə əldə olunacağı gözlənilir. Qurumun sabah baş tutacaq toplantısında isə əsasən Avropa və bir sıra regionlarda təhlükəsizlik məsələləri müzakirə mövzusu olacaq. Toplantıya rusiya xarici işlər naziri Sergey Lavrovun da qatılacağı gözlənilir. Rusiyalı nazir alyans üzvləri ilə NATO - nun Avropada raketdən müdafiə sistemlərini genişləndirməsi məsələsini müzakirə edəcək.

19:00 / 18.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 23283
Bu ay: 432699
Ümumi: 13922315
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın