/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İsrail yaxın vaxtlarda İrana hücum edə bilər

Şriftin ölçüsü:  11px13px15px17px

İsrailin İrana qarşı planlaşdırdığı hərbi əməliyyatların tarixi və detalları açıqlanıb. Bu barədə İsrailin nüfuzlu «Kanal - 10» televiziyası xəbər yayıb. Məlumatda bildirilir ki, İsrail, hərbi müdaxilə üçün mayın 23-də, İraqın paytaxtı Bağdadda İranla altılıq ölkələri arasında keçiriləcək müzakirələrin nəticələrini gözləyir. Müzakirələr nəticəsiz yekunlaşarsa, İrana qarşı hərbi əməliyyatlara start veriləcək. Hücumun qısa zaman ərzində yekunlaşdırılacağı bildirilir. Kanalın məlumatında o da vurğulanır ki, İsrail pilotları artıq uzun müddətdir ki, Qum şəhəri yaxınlığındakı nüvə obyektlərinin vurulması üçün taktiki hazırlıq keçir. Bombardmanlarda əsasən «A -15» təyyarələri iştirak edəcək. Lakin əməliyyatlara qırıcı və pilotsuz təyyarələrin, vertalyotların da cəlb ediləcəyi gözlənilir. Əgər hücum planı reallaşarsa, bu, İsrailin son 30 ildə həyata keçirdiyi ən irimiqyaslı əməliyyat olacaq. «Kanal - 10»-nun yaydığı məlumatda, hətta əməliyyatlarda işitrak edəcək hərbiçilərin ailələrinin təhlükəsizlik baxımından yeni ünvanlarda yerləşdirildiyi barədə də məlumatlar yer alıb. Bu arada İsrailin müdafiə naziri Ehud Barak İrana qarşı müharibə variantının qüvvədə qaldığını təsdiqləyib. Onun açıqlamaları əməliyyatların daha tez - yəni, İranla altılıq ölkələri arasında danışıqların ikinci raunduna qədər də başlaya biləcəyini deməyə imkan verir. «Müzakirələr zaman itkisindən başqa bir şey deyil» - deyən Ehud Barak, danışıqların Tehranı nüvə silahı əldə etmək niyyətindən daşındıracağına inanmadığını bildirib. Qeyd edək ki, İsrailin müdafi nazirinin bu gün Vaşinqtonda, Birlşmiş Ştatlardan olan həmkarı Leon Panetta ilə görüşü gözlənilir. Məlumata görə, görüşdə İsrailin İrana qarşı müharisbə planları müzakirə ediləcək.

13:00 / 18.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 4512
Bu ay: 493794
Ümumi: 15260335
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın