/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Dünyanın Suriya problemi…

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyanın Həma şəhərində 200 döyüşçü hökumət qüvvələrinə təslim olub. Sana agentliyinin məlumatına görə aprelin 12-dən, yəni atəşkəs rejimi qüvvəyə minəndən etibarən ölkə üzrə 800-ə yaxın insan silahı yerə qoyub. Bu arada Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komisarı Ketrin Eşton Rusiya və Çini Suriya məsələsinin həllində effektiv fəaliyyətə çağırıb. Ölkənin daxili işlər nazirliyi könüllü olaraq silahı yerə qoyanların təqib olunmayacağına söz verib. İngilis-fransız qoşunlarının ölkədən çıxarılmasının 66-cı ildönümü ilə əlaqədar Dəməşq hökumətinin yaydığı bəyanatda bildirilir ki, Suriya ərəb xalqına qarşı ediləcək yeni qəsd yolunda əlçatmaz qala olacaq. Bu arada Qətərin paytaxtı Dohada baş tutan ərəb dövlətləri birliyinin toplantısında təşkilat münaqişə tərəflərini Annan planınına ləngimədən əməl etməyə çağırıb. Birliyin baş katibi nabil əl-ərəbi xarici işlər nazirləri səviyyəsində Suriya üzrə komitənin iclasının yekunlarından danışarkən bəyan edib ki, bütün münaqişə tərəfləri Annan planını və onun missiyasını dəstəkləməlidir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Avropa Parlamentində çıxışı zamanı Rusiya və Çinin Suriya böhranının tənzimlənməsində əsas rol oynamalı olduğunu bəyan edib. O, həmçinin, BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi üçün bu dövlətlərin öz nüfuzlarından istifadə etməli olduqlarını da vurğulayıb.

09:00 / 18.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 4850
Bu ay: 494132
Ümumi: 15260673
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın