/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Mahmud Abbas Benyamin Netanyahuya məktub göndərdi

Şriftin ölçüsü:  11px13px15px17px

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin nümayəndə heyyətini qəbul edib. Görüş zamanı Fələstinin nümayyəndə heyəti İsrailin baş nazirinə Fələstin prezidenti Mahmud Abbasın yazılı müraciətini təqdim ediblər. Məktubda qarşıdakı mümkün sülh danışıqlarında Fələstinin mövqeyini əksini tapıb. Mahmud Abbas müraciətində Fələstin xalqının şikayətlərini dilə gətirib və İsrail hökumətini Fələstinin işğal olunmuş torpaqlarında tikinti işlərini dayandırmağa çağırıb. Görüşdən sonra Fələstin nümayəndə heyətinin vasitəçisi Saeb Erekat Mahmud Abbasın məktubunun detallarını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu da iki həftə ərzində Mahmud Abbasa cavab məktubu göndərəcəyini bildirib. O məktublaşma yolu ilə tərəflərin sülhə yol tapacağına ümid etdiyni bildirib. Qəzzada isə Həmas tərəfi görüşü tənqid edib. Qeyd edək ki, görüşdə iştirak etməsi planlaşdırılan Fələstin baş naziri Salam Fəyad da məhz bu səsbəbdən son anda fikrində daşınıb və görüşdə iştirak etməyə etiraz edib. Onun bu addımı sözügedən görüşün 2010 –cu ildə İsrail –Fələstin arasında qarşılıqlı danışıqların uğursuz nəticələnməsindən sonra tərəflər arasında ilk yüksək səviyyəli görüş olacaqdı. Amma onun bu görüşdən son anda imtina etməsi ümidləri boşa çıxartdı.

09:00 / 18.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 4571
Bu ay: 493853
Ümumi: 15260394
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın