/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İsrail İrana hücuma hazırlaşır

Şriftin ölçüsü:  11px13px15px17px

İran ordu gününü qeyd etdiyi bir vaxtda İsrail televiziyası İrana qarşı həyata keçirilməsi planlaşdırılan hərbi əməliyyatların tarixini və detallarını açıqlayıb. Məlumatda bildirilir ki, İsrail hərbi müdaxilə üçün mayın 23-də İraqın paytaxtı Bağdadda İranla altılıq ölkələri arasında keçiriləcək ikinci tur müzakirələrinin nəticələrini gözləyəcək. Müzakirələr nəticəsiz qaldığı təqdirdə əməliyyatlara start veriləcək. Hərbiçilərin hücumunun qısa və peşəkar olacağı gözlənilir. İsrail pilotlarının Qum yaxınlığındakı nüvə obyektlərinin vurulmasına uzun müddətdir hazırlıq gördüyü bildirilir. Hərbi əməliyyatların əsasən «F -15» təyyarələri ilə həyata keçiriləcəyi açıqlanıb. Bundan əlavə digər qırıcı və pilotsuz təyyarələr də cəlb ediləcək. Əgər hücum reallaşarsa, bu İsrailin son 30 ildə başlatdığı ən böyük döyüş olacaq. Hətta əməliyyatlarda işitrak edəcək hərbiçilərin ailələrinin təhlükəsizliyi məqsədilə nəzərdə tutulan yerlərin ayrıldığıda qeyd olunub.

09:00 / 18.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 4495
Bu ay: 493777
Ümumi: 15260318
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın