/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

M. Əhmədinicat: «İran öz ərazi bütövlüyünü qorumaq üçün bütün gücünü səfərbər edəcək»

Şriftin ölçüsü:  11px13px15px17px

«İran öz ərazi bütövlüyü, suverenliyini qorumaq üçün bütün gücünü səfərbər edəcək». Belə bəyanatla, prezident Mahmud Əhmədinecat milli ordu günü münasibətlə Tehranda təşkil olunan hərbi paradda çıxış edib. Paradda müxtəlif növ silah – sursat, raket, təyyarə və digər döyüş avadanlığı nümayiş etdirilib.
Mərasimdə çıxış edən Mahmud Əhmədinecat, Qərb əleyhinə sərt bəyanat səsləndirib. İslam Respublikası silahlı qüvvələrinin hazırlıq səviyyəsi, o cümlədən müasir texnika və texnologiya ilə təchizatı baxımından dünyada qabaqcıl yerlərdə olduğunu deyən Əhmədinicat, istənilən hədə qarşısında görünməmiş güc nümayiş etdirəcəklərini bildirib.
İran prezidenti həmçinin, Fars Körfəzinin təhlükəsiz əraziyə çevrilməsində maraqlı olduqlarını deyib. Bildirib ki, bunun üçün region dövlətləri bütün vasitələrdən istifadə etməlidir. «Xaricdən müdaxilə, ancaq və ancaq bölgədə qarışıqlığa gətirib çıxaraq» – deyə o, əlavə edib. Yeri gəlmişkən, bu gün Qətərda Fras Körfəzi ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb. Danışıqlarda İslam Respublikası ilə Birləşmiş Ərəb Əmirliyi arasında illərdən bəri davam edən mübahisəli ərazilər mövzusunun müzakirə ediləcəyi bildirilir. Məlumat üçün deyək ki, hər iki ölkə, Fars körfəzində yerləşən 3 adaya iddialıdır.

19:00 / 17.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 4697
Bu ay: 493979
Ümumi: 15260520
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın