/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

ABŞ hesab edir ki, Suriya hökuməti razılaşmaya əməl etmir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyaya gedən BMT müşahidəçiləri qrupu fəliyyətə başlayıblar. Bunu BMT baş katibi Ban Ki Mun bəyan edib. ABŞ hökuməti isə Bəşər Əsədi Annan planına əməl etmədiyini bəyan edib. Baş katibin sözlərinə görə müşahidəçilərin sayı yaxın günlərdə artırılaraq missiya genişləndiriləcək. Baş katib Suriya hökumətini maksimum dayanıqlılıq göstərməyə, atəşkəsin saxlanması məqsədilə ölkə müxalifətini onlarla əməkdaşlıq etməyə çağırıb. Baş katibin sözlərinə görə müşahidəçi qrupun qarşısında duran əsas vəzifəsi müxalifətlə olduğu kimi Suriya hökuməti və təhlükəsizlik qüvvələri ilə əlaqə yaratmaq və qarşılıqlı fəaliyyət göstərməkdir. Münaqişə zonalarına göndəriləcək müşahidəçilərin sayının 250-ə çatdırılması üçün BMT Təhlükəsizlik Şurasının daha bir qətnamə qəbul etməsi lazımdır. Qeyd edək ki, müşahidəçi missiyaya mərakeşli polkovnik Əhməd Himmiş başçılıq edir. O, bu vəzifədə norveçli general Robert Mudu əvəz edir. Kofi Annanın mətbuat katibi Əhməd Fauzi bildirib ki, Mudun misiyası sona çatıb və o vətənə qayıdacaq. ABŞ hökuməti hesab edir ki, Suriyada atəşkəs rejimi müntəzəm pozulur və Dəməşq hökuməti əvvəlki kimi böhran tənzimlənməsi planının əsas hissəsini yerinə yetirmir. Bunu jurnalistlər üçün keçrilən brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner bəyan edib. Onun sözlərinə görə Vaşinqtonda olan dəlillər Suriyanın müxtəlif rayonlarında hərbi əməliyyatların davam etdiyindən xəbər verir.

09:00 / 17.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 12350
Bu ay: 209561
Ümumi: 17923732
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın