/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Müşahidəçilər bu gün monitorinqə başlayacaq

Şriftin ölçüsü:  11px13px15px17px

BMT müşahidəçilərinin ilk qrupu artıq Dəməşqdədir. Onlar bu ölkədə Kofi Annan planının necə həyata keçirildiyni müşahidə edirlər. BMT-nin sülhməramlı əməliyyatlar üzrə departamentinin rəsmisinin sözlərinə görə 6 müşahidəçidən ibarət qrup artıq Suriyadadır. Müşahidəçilər işə bu gündən başlayacaqlar. Gün ərzində onlara qrupun daha 20 üzvü qoşulacaq. Suriyanı böhrandan çıxarmaq məqsədilə plan hazırlayan BMT və Ərəb Dövlətləri Birliyinin xüsusi təmsilçisi Kofi Annan qrupun tərkibini 250 nəfərədək artırmağı planlaşdırır. Suriyanın «Sana» dövlət informasiya agentliyi müşahidəçi missiyasının işini müsbət qiymətləndirib. Agentlik xəbər verib ki, müşahidəçilər özləri cinayətin silahlı qruplaşmalar tərəfindən törədildiyini görəcəklər. Suriya hökuməti isə müşahidəçilərin milliyətlərindən asılı olaraq seçim etmək və onların fəaliyyətlərinə nəzarət etmək hüququna malik olduğunu bəyan edib. Bəşər Əsədin məsləhətçisi Butaynu Şaabanın sözlərinə görə müşahidəçilərin işi hökumət tərəfindən kordinasiya ediləcək. Əks halda, Suriya hökuməti onların təhlükəsizlikləri üçün məsuliyyət daşıya bilməyəcək. O, həmçinin, milliyətindən asılı olaraq Suriyanın müşahidəçilərdən imtina etmək hüququnun olduğunu da vurğulayıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətlə bağlı qətnamə layihəsini yekdilliklə qəbul edib. Layihədə münaqişə tərəflərinə silahlı zorakılığın bütün formalarını dərhal dayandırmaq çağırışı əks olunub. Bundan başqa sənəd müəllifləri Suriya hökumətini Kofi Annanın yaşayış məntəqələrindən qoşunların çıxarılması tələbini yerinə yetirməyə çağırıblar. Rusiyanın BMT yanındakı daimi nümayəndəsi Vitali Çurkin qəbul olunan layihənin əvvəlki mətini ilə müqayisədə daha balanslaşdırılmış olduğunu və Suriyadakı vəziyyəti daha obyektiv əks etdirdiyini bəyan edib. Çurkinin sözlərinə görə Suriyaya göndərilən müşahidəçilər arasında ruslar da olacaq.

09:00 / 16.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 3976
Bu ay: 238881
Ümumi: 14373242
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın