/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İran ABŞ-la birbaşa danışıqlardan imtina edib

Şriftin ölçüsü:  11px13px15px17px

İranın nüvə proqramı ilə bağlı altılıq ölkələri ilə danışıqların növbəti mərhələsi mayın 23-də Bağdadda keçiriləcək. Bu barədə Avropa Birliyinin xarici işlər üzrə ali komissarı Ketrin Eşton məlumat verib. Ketrin Eşton aprelin 14-də baş tutan İstanbul danışıqlarından razı qaldığını bildirib. İranın nüvə məsələsi ilə baglı İstanbulda baş tutmuş danışıqların yekununda Avropa və İrandan olan rəsmilər nəticələrin məqbul olduğunu açıqlasalar da növbəti mərhələdə Tehrandan daha çox öhdəliklərin tələb olunacağı gözlənilir. Ekspertlərin fikrincə qarşıdakı Bağdad danışıqlarında Tehran uranın zənginləşdirilməsinin atom bombası istehsalına doğru yönəldilməsi haqqında şübhələri aradan qaldırmaq üçün iran daha çox çalışmalı olacaq. Bu arada İran Amerika Birləşmiş Ştatları ilə təkbətək görüş keçirmək təklifini rədd edib. İrna informasiya agentliyinin verdiyi məlumata görə İranla altılıq ölkələri arasında aprelin 14-də İstanbulda keçirilən müzakirələr çərəçivəsində ABŞ İranla təkbətək görüş keçirmək istəyib lakin İran nümayəndə heyəti bu təklifi qəbul etməyib. Qeyd edək ki, İranla ABŞ arasında diplomatik əlaqələr yoxdur. Tehranda ABŞ-ın maraqlarını İsveçrə təmsil edir.

09:00 / 16.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 4703
Bu ay: 493985
Ümumi: 15260526
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın