/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İranla altılıq ölkələri arasında keçiriləcək görüşə 1 gün qaldı

Şriftin ölçüsü:  11px13px15px17px

Sabah, İstanbulda İranla altılıq ölkələri arasında növbəti görüş keçiriləcək. Artıq tərəflərin nümayəndələri Türkiyəyə gəlib. İstanbula gələn İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, danışıqlara tam hazır olduqlarını və bütün səslənldirilən təklifləri dəyərləndirəcəklərini bildirib. Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton isə, sabah İranla altılıq ölkələri arasında keçiriləcək müzakirələrdən konstruktivlik gözlədiklərini bildirib. İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbulda olan Avropa İttifaqının Xarici İşlər İdarəsinin rəhbəri Ketrin Eşton, türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə İranla altılıq ölkələri arasında etimadın möhkəmləndirilməsində Türkiyənin rolu müzaikrə edilib. İranın nüvə proqramı ötən gün, Fransa və Birləşmiş Ştatlar prezidentləri – Nikolya Sarkozi və Barak Obama arasında keeçirilən videokonfransda da müzakirə mövzusu olub. Liderlər, dünya ictimaiyyətinin tələbləri yerinə yetirilənə qədər İrana təzyiqlərin artırılmasının vacibliyini bildiriblər.

19:00 / 13.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 2709
Bu ay: 321256
Ümumi: 15671492
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın