/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyadan ziddiyyətli xəbərlər gəlir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyadan gələn xəbərlərə görə, ölkədə atəşkəs rejiminə əməl edilir. Lakin vəziyyət hər an nəzarətdən çıxa bilər. Yaxın günlərdə isə BMT öz müşahidəçilərini Suriyaya göndərəcək. Dünən axşam BMT Təhlükəsizlik Şurasında, Qərb ölkələri Suriyaya müşahidəçilərin göndərilməsi barədə qətnamə layihəsi təklif ediblər. Sənəddə bildirilir ki, müşahidəçilər tərəflər arasında əlaqə yaratmalı və atəşkəs rejiminə hansı səviyyədə əməl edilməsi barədə müntəzəm olaraq, məlumat verməlidirlər. Hələlik isə Dəməşqə Norveçdən olan general Robert Mud göndəriləcək. Onun üzərinə düşən əsas vəzifə, Bəşər Əsəd hökuməti ilə, atəşkəsə nəzarət edəcək hərbi ekspertlərin Suriyaya gəlməsini nəzərdə tutan protokolun son detallarını razılaşdırmaqdır. Hüquq müdafiəçilərinin məlumatına görə, hələlik Suriya paytaxtı və digər iri rayonlarda nisbi sakitlikdir. Lakin digər xəbərlərə görə, 8 halda atəşkəs pozulub. Belə ki, Aleppo şəhərinin cənubunda hərbçiləri daşıyan avtobus partladılıb. Terror aktı nəticəsində bir zabit ölüb, bir neçə nəfər yaralanıb. Digər bir hücum isə İdlib əyalətinin şimal-qərbində, Hac Xalid Vadisində qeydə alınıb. Bir hərbçi öldürülüb. Dəməşqin cənubunda yerləşən Dəra şəhərində isə bir qrup üsyançı tərəfindən iqtidar partiyası fəallarından birinin qətlə yetirilməsi barədə xəbərlər yayılıb. Müxalifət isə ötən gün ərzində hökumət qüvvələri tərəfindən 20-dən çox insanın öldürüldüyü bildirilir. Bu arada rəsmi Ankara Suriyada Kofi Annan sülh planının tam yerinə yetirlmədiyi qənaətindədir. Atəşkəs rejimi elan edildikdən sonra Suriyanın ayrı – ayrı bölgələrində etiraz aksiyaları keçirilib. Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyi dinc nümayişlərin keçirilməsinə rəsmi olaraq icazə verib.

13:00 / 13.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 13866
Bu ay: 427314
Ümumi: 15777550
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın