/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT TŞ Şimali Koreyanın raket sınağı keçirməsini pisləyən bəyanat qəbul edəcək

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı keçirməsini ittiham edən rəsmi bəyanat layihəsi üzərində işləyir. Diplomatik mənbələrin məlumatına görə, bəyanat bu gün Təhlükəsizlik Şurasında baş tutacaq qapalı məsləhətləşmələrdən sonra qəbul olunacaq. Böyük Səkkizliyin xarici işlər nazirləri də Şimali Koreyanın fəzaya ballistik raket buraxmasını pisləyiblər. ABŞ dövlət katibi Hillari Klintonun sözlərinə görə, raketin buraxılışı BMT Təhlükəsizlik Şurasının 1695, 1718, 1874-cü qətnamələrini pozur. Bununla yanaşı, Təhlükəsizlik Şurasına sədrlik edən ABŞ, Şimali Koreyanın raket sınağı keçirməsini ittiham edən rəsmi bəyanat layihəsi üzərində işləyir. Bəyanatın bu gün qəbul olunacağı gözlənilir. Lakin bəzi mənbələr hesab edir ki, Pxenyana münasibətdə kifayət qədər sərt olan qətnamə, veto hüququna malik Çinin mövqeyi ucbatından qəbul olunmaya bilər. Rəsmi Pekin, dəfələrlə beynəlxalq problemlərin həllində sanksiyaların effektiv vasitə olmadığını və məsələlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib. Xəbər verildiyi kimi, bu gün Şimali Koreyanın fəzaya raket buraxmaq niyyəti uğursuzluqla nəticələnib. Raket daşıyıcısı və süni peykin hissələri sartdan 1 dəqiqə sonra parçalanaraq, dənizə düşüb.

13:00 / 13.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 2085
Bu ay: 151826
Ümumi: 14286187
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın