/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İranlı deputatlar bəyanat qəbul ediblər

Şriftin ölçüsü:  11px13px15px17px

İranın altılıq ölkələri ilə İstanbulda keçiriləcək danışıqları öncəsi İran parlmentariləri bəyanat qəbul edib. Bəyanatda iranlı deputatlar tərəfləri iranın nüvə proqramı ilə bağlı məsələdə razılığa gəlməyə çağırırlar. 204 millət vəkilinin imzaladığı bəyanat, müzakirələrdə İranı təmsil edəcək nümayəndə heyətini dəstəkləmək məqsədilə qəbul edilib. Bəyanatda bildirilir ki, İranın nüvə enerjisindən istifadə hüququ inkar edilə bilməz. Rəsmi Tehran, nüvə fəaliyyətində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə imzalanmış müqavilənin şərtlərnii pozmur. İranın nüvə proqramına görə sanksiyalara məruz qalması isə beynəlxalq hüquqa ziddir. Martın 14 –də, İstanbulda keçiriləcək müzakirələrin birinci mərhələsində İran bir sıra yeni təkliflər irəli sürməyi də planlaşdırır. Bu təkliflər Tehranın nüvə fəaliyəti ilə bağlı narahatlıqların azaldılmasına istiqamətlənib. Lakin İran tərəfinin uranın zənginləşdirilməsi ilə bağlı mübahisəli məsələni altılıq ölkələri ilə müzakirə edib - etməyəcəyi dəqiq məlum deyil. «Türkiyə İranla altılıq öləkələri arasında keçiriləcək müzakirələrin müsbət nəticələnməsi üçün istənilən yardımı göstərməyə hazırdır» . Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu belə deyib. O, İranın nüvə proqramı ətrafında məsələnin diplomatik yolla həll edilməsinin vacibliyini bildirib. Qeyd edib ki, Türkiyə istənilən kütləvi qırğın silahına qarşıdır.

13:00 / 12.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 4490
Bu ay: 493772
Ümumi: 15260313
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın