/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriya hökümətinin bir gün vaxtı qaldı

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurası Suriya hökumətinə atəşkəsi bərpa etmək üçün aprelin 12-dək vaxt verib. ABŞ senatorları Con Makkeyn və Cozef Liberman Türkiyə-Suriya sərhəddindəki rayona səfər ediblər və orada Azad Suriya Ordusunun komandirləri ilə görüşüblər. Onlar Azad Suriya Ordusunun liderləri ilə görüşən və sərhəd rayonuna gedən ilk senatorlardır. Dəməşqin hazırki hakimiyyətini öz xalqına qarşı zorakılıqda ittiham edən senatorlar birgə bəyanat yayıblar. «Hökumətin əhaliyə qarşı zorakılığını dayandırmaq üçün yeganə vasitə ölkə müxalifətinə kömək etməklə yerlərdə hərbi balansı dəyişdirməkdir. Bu vəd olunmuş yardımın edilməsidir. Bu yardım , həmçinin, daha uzaqgörən tədbirlərin həyata keçirilməsi deməkdir»-bəyanatda deyilir. Senatorların bu səfəri Kofi Annanın səyləri ilə əlaqəli deyil. Belə ki, bu səylərin göstərilməsində əsas məqsəd məlum olduğu kimi suriyada zorakılığın dayandırılmasıdır. Lakin Makkeyn və Liberman bunun əvəzində təklif edirlər ki, Suriya müxalifəti silahlandırılsın. Üsyançılara özünümüdafiə vasitələri verilsin, onların bazalarının qorunması üçün xarici ölkələrin hava qüvvələrindən istifadə edilsin. Sərhəd ərazisinə getməzdən əvvəl Makkeyn və Liberman Burhan Qalyun da daxil olmaqla, Suriya Milli Şurasının rəhbər şəxsləri və Türkiyə prezidenti Abdulla Güllə görüşüblər. Bu arada BMT Təhlükəsizlik Şurası Suriya hökumətini aprelin 12-dək hərbi əməliyyatları dayandırmağa çağırıb. ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Syuzan Raysın bəyanatında sabah yerli vaxtla saat 6-dək münaqişə tərəflərinin atəşi dayandırmağa dair Kofi Annanın tələbinə dəstək ifadə olunub. Rays bilidirib ki, tezliklə Təhlükəsizlik Şurası «Həqiqət anı» ilə üz-üzə qala bilər və Dəməşqə qarşı təzyiqləri daha da artıra bilər.

09:00 / 11.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 17307
Bu ay: 307292
Ümumi: 14441653
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın