/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Üsyançılara maaşların verilməsi dayandırılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Liviya məhkəməsi iyun ayından gec olmayaraq, Seyf Əl - İslam Qəddafi ilə bağlı hökm çıxaracaq. Bu barədə Milli Keçid Şurasından məlumat veriblər. Liviya hökuməti isə Qəddafi əleyhinə hərbi əməliyyatlarda iştirak etmiş döyüşçülərə maaşların verilməsini dayandırıb. Buna səbəb bu sahədə irimiqyaslı maliyyə fırıldaqçılığının aşkar olunmasıdır. Milli Keçid Şurasının rəsmisi Məhəmməd Xarizinin sözlərinə görə, maliyyə vəsaitlərindən sui-istifadə nəticəsində hətta maaş almaq hüququ olmayan şəxslərə belə, qanunsuz olaraq ödənişlər edilib. Üsyançılara maaşların verilməsi, yerli hərbi şuralarada siyahılar təsdiqləndikdən sonra bərpa olunacaq. Xarizinin sözlərinə görə, keçmiş üsyançılara ödlənişlərin verilməsi proqramı, onların normal həyata qayıtması və ölkənin daxili işlər, müdafiə nazirliklərində xidmət etmələrini stimullaşdırmağa istiqamətlənib. Ödənişlərin dayandırılmasından narazı olanlar isə Tripolidə, Milli Keçid Şurasının mənzil qərargahı qarşısında aksiya keçiriblər. Keçmiş döyüşçülər paytaxtın bir sıra yollarını bağlayıblar. Bu arada Seyf Əl-İslam Qəddafi 10 gün ərzində Tripolidəki həbsxanaya köçürüləcək. Onunla bağlı məhkəmə qərarı isə iki ay sonra keçiriləcək parlament seçkilərinə qədər verilməlidir. Prosesin başlaması barədə dəqiq tarix bildirilmir. Liviyanın yeni hökuməti isə Müəmmər Qəddafi dövründə xarici şirkətlərlə imzalanmış neft müqavilələrinin araşdırılmasına başlayıb. Məlumatı Milli Keçid Şurasının Neft Komitəsinin əməkdaşı Salem Kənan verib. Onun sözlərinə görə, milli neft korporasiyası və xarici şirkətlər arasında bağlanan bir sıra müqavilələrdə şübhəli məqamlar var.

13:00 / 10.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 9996
Bu ay: 158230
Ümumi: 18356390
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın