/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İranın da təklifləri var

Şriftin ölçüsü:  11px13px15px17px

İran altılıq ölkələri ilə keçiriləcək danışıqlar üçün bəzi təkliflər hazırlayıb. Bunu prezident Mahmud Əhmədinecat bəyan edib. Bildirib ki, beynəlxalq məsələlərin həllində bütün ölkələrin iradəsi nəzərə alınmalıdır. Xarici işlər naziri Əli Əkbər Salehi isə, altılıq ölkələri ilə keçiriləcək müzakirələrdə iranın heç bir ön şərt qəbul etməyəcəyini bəyan edib. Salehi, İranın İstanbulda keçirilən danışıqlarda iştirak edəcəyini və öz mövqeyindən bir addım da olsun, geri çəkilməyəcəyini bəyan edib. Qeyd edək ki, İranla altılıq ölkələri arasında müzakirələrin birinci mərhələsi İstanbulda, iknci mərhləsi isə Bağdadda keçiriləcək. İranı müharibə ilə hədələyən İsrail də danışıqlarla bağlı mövqeyini açıqlayıb. Rəsmi Təl-Əviv, Tehrana uranın zənginləşdirilməsini dayandırması istiqamətində böyük təzyiqlər göstərilməsinin vacib olduğunu bildirib. İsrailin müdafiə naziri Ehud Barakın fikrincə, altılıq ölkələri, İran nüvə proqramını dayandırmayanadək sanksiyalarını davam etdirməldirlər. Bu arada Tehran, baş verə biləcək müharibəyə hazırlıqlarını davam etdirir. İranda ən kiçik həcmli uçan obyektləri belə aşkar edə bilən «Samen» radar qurğuları istehsal edilib. Radarın 10 gün ərzində istismara veriləcəyi gözlənilir.

13:00 / 10.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 17045
Bu ay: 285086
Ümumi: 13774702
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın