/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rəsmi Dəməşq yeni tələblər irəli sürür

Şriftin ölçüsü:  11px13px15px17px

Rəsmi Dəməşq, Suriya müxalifəti atəşin dayandırılmasına dair yazılı təminat verməyənədək, şəhərlərdən qoşunları çıxarmayacağını bəyan edib. Suriya müxalifətinin silahlı qanadı olan azad Suriya ordusu isə belə bir təminat verməkdən imtina edib. Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Cihad Makdesi aprelin 10 - dək qoşunların şəhərlərdən çıxarılacağı ilə bağlı məlumatların düzgün olmadığını bildirib. Makdesinin sözlərinə görə, Annan, hökumətə müxalifət qüvvələrinin atəşi dayandıracağı ilə bağlı yazılı təminat təqdim eməyib. Fransanın Xarici İşlər Nazirliyi isə Dəməşqin müxalifətdən yazılı təminat istəməsi ilə əlaqədar yeni tələbini qəbuledilməz hesab edir. Bu barədə nazirliyin yaydığı bəyanatda məlumat verilir. Sənəddə, Bəşər Əsəd rejiminin ölkədə qətlləri davam etdirməsi ittiham olunur. «Rəsmi Dəməşq, Annan planını qəbul etdiyini bəyan etmişdi. Əsgərlərin, ağır texnikanın aprelin 10-dək şəhərlərdən çıxaracağına dair söz vermişdi. İndi isə o, yeni, qəbuledilməz tələblər irəli sürür»-nazirliyin yaydığı bəyanatda belə deyilir. Bildirilir ki, Suriya rejimi əməkdaşlıqdan imtina edərsə, Fransa və beynəlxalq birlik, bu ölkəyə qarşı yeni, daha sərt addımlar atmağa məcbur olacaq. Bu arada Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında baş verən silahlı toqquşma zamanı yüzdən artıq insan öldürülüb. Azı 40 dinc sakin Həma əyalətindəki Latamna şəhərində qətlə yetirilib. Silahlı qarşıdurmalar Həma əyalətinin digər yaşayış məntəqələrində, o cümlədən Homs əyalətində də baş verib.

16:00 / 09.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 5588
Bu ay: 348064
Ümumi: 13837680
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın