/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Çin, İrana qarşı

Şriftin ölçüsü:  11px13px15px17px

Çin, İrana qarşı sanksiyalar tətbiq edən ölkələr sırasına qoşulub. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi isə İranla bağlı yeni hesabatını açıqlayıb. «Kütləvi qırğın silahları və hərbi texnologiyaların satın alınması» adlı hesabat, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper tərəfindən konqresə təqdim edilib. Hesabatda bildirilir ki, Tehran, ötən il də nüvə proqramının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. 4900 kiloqram qismən zənginləşdirilmiş uran əldə edib. Əldə olunan uranın 80 kiloqramı isə 20 faizə qədər zənginləşdirilib. Sənəddə həmçinin qeyd olunur ki, hazırda İranın əlində olan uran, nüvə silahı istehsal edilə biləcək qədər zənginləşdirilməyib. İranın qum şəhərindəki «Fordo» yeraltı nüvə obyektlərində yeni sentrifuqlar quraşdırdığı da sənəddə əks olunub. Hesabatda Tehranın raket texnologiyasını sürətlə inkişaf etdirdiyi və bunula bağlı xaricdən dəstək aldığı bildirilir. Tehrana dəstək verən ölkələrə sırasında isə Çin , Rusiya və Şimali Koreyanın adı çəkilir. Bu arada Çin İrana qarşı beynəlxalq sanksiyalara qoşulur. 2012-ci il, iyunun 1-dən etibarən çinin «Pi ənd ay» sığorta şirkəti İranın neft daşıyan gəmilərinə xidmət göstərməyəcəyini və onların lisenziyalarını ləvğ edəcəyini bəyan edib. Xatırladaq ki, İran tankerlərinin əksəriyyəti bu şirkət tərəfindən sığortalanıb.

13:00 / 06.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 4769
Bu ay: 347245
Ümumi: 13836861
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın