/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qərb Suriyada atəşkəs rejminin yaradılmasına çalışır

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya aprel ayının 10-dək Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasının birgə elçisi Kofi Annanın 6 müddəalıq sülh planının icrasına başlamağa söz verib. Plan hər iki tərəfi atəşkəs elan etməyə, əsgərlərin və hərbi texnikanın çıxarılması və humanitar yardımların paylanmasınsını özündə ehtiva edir. Bununla yanaşı Kofi Annan Təhlükəsizlik Şurasınadan Suriyaya aprelin 10-na kimi sülh planının icrasını başa çatdırmaq üçün göstərəcəyi yardım çərçivəsində, 48 saat ərzində tam atəşkəs elan etməsi üçün də köməklik göstərməsini xahiş edib. Xatırladaq ki ötən həftə Suriya hökuməti sülh planını qəbul etdiyini bəyan etmişdi. Buna baxmayaraq Koffi Annan Bəşər Əsəd hökumətinin bu vədin yerinə yetirilməsi istiqamətində heç bir addım atmadığını bildirmişdi . Birləşmiş Ştatların BMT-dəki səfiri Syuzan Rays isə «Biz əvvəl vəd verib sonra onu pozanları görmüşük» demişdi. Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri isə Dəməşqin gələn həftənin ikinci gününədək sülh planının icra olunacağı ilə bağlı xəbəri təsdiqləyib və bildirib ki, Kofi Annan müxalifət tərəfinin də analoji addımlar atacağına təminat verməlidir. Syuzan Rays Annanın köməkçisi Nəsir Əl-Kidvanın müxalifətlə, 48 saat ərzində hərbi əməliyyatları dayandırmaları haqqda danışıqlar apardığını bildirib. Bu arada Kofi Annan ötən günki qapalı iclasında bildirib ki, müxalifət silahları yerə qoymayınca Suriya hökuməti şəhərlərdən qoşunları çıxarmayacaq. Bu arada Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəhbəri Yakob Kelenberqer Suriyaya yardımları artırmaq və bütün məhbuslarla görüşmək imkanı əldə etməklə bağlı danışıqlar aparmaq üçün Dəmşqə səfər edəcək. İki günlük səfər çərçivəsində o döyüşlər zamanı zərər çəkmiş şəhərlərə baş çəkəcək. Xatırladaq ki, Suriya hökuməti ötən ay Qızıl Xaç Cəmiyyətinin avtomobil karvanının Suriya ərazisinə daxil olmasına icazə vermişdi lakin martın 2-də karvan Homsun Baba Əmr rayonuna çatanda Suriya hökuməti onun rayona daxil olmasına icazə verməmişdi. Yerli əlaqə komitələri və hökumət əleyhinə fəallar şəbəkəsinin məlumatına görə ötən gündən bu saatadək Suriyada daha 65 nəfər öldürülüb. Məlumata görə onlardan 40-ı Homsda,14 İdlibdə, altısı həmada 5 nəfər allepo şəhərində davam edən döyüşlərdə həyatını itirib.

09:00 / 03.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 47
Bu gün: 8615
Bu ay: 298600
Ümumi: 14432961
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın