/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

«Bağdad sammiti» başa çatıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ərəb Dövlətləri Liqasının Bağdad sammiti başa çatıb. Sammitdə əsas müzakirə mövzusu suriyadakı vəziyyət olub. Ərəb Birliyi ölkələrinin liderləri «Bağdad bəyannaməsini» qəbul ediblər. Təşkilatın Suriya ilə bağlı bundan əvvəl qəbul etdiyi sənədlərlə müqayisədə bəyannamənin daha tutarlı olduğu bildirilir. Sənədin əsasında isə BMT və Ərəb Liqasının Suriyadakı elçisi Kofi Annanın təklif etdiyi sülh planı dayanır. Sammitin yekunu olaraq, liderlər suriyanı sözügedən planı «Dərhal və bütövlükdə » yerinə yetirməyə çağırıblar. Ərəb Liqası Dəməşqi müxalifətlə konstruktiv dialoqa çağırıb. Bəyannamədə prezident Bəşər Əsədin itefası tələb olunmur. Ayrıca bənddə Suriyanın daxili işlərinə kənərdan müdaxilə pislənilir. Qeyd edək ki, Kofi Annanın irəli sürdüyü 6 təklifdən ibarət olan sülh planı ayrı-ayrı bölgələrdən ağır artileriya və qoşunların çıxarılması, humanitar yardımların çatdırılması üçün dəhlizin yaradılması, siyasi məhbusların azad edilməsi və digər məsələləri özündə ehtiva edir. Sammitin keçirildiyi günlərdə Bağdadda təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Buna baxmayraq, bir sıra təxribat halları qeydə alınıb. Sammitin keçirildiyi hökumət binasının yaxınlığında 2 partlayış baş verib. Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

13:00 / 30.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 16751
Bu ay: 284792
Ümumi: 13774408
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın