/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Hüsnü Mübarəki devirən misirlilərin Hərbi Şuraya gücü çatacaq?

Şriftin ölçüsü:  11px13px15px17px

Misirdə insanlar küçələrdən evlərinə qayıtmaq istəmir. Hərbi Şura ilə müsəlman qardaşları arasında qarşıdurmalara isə nə vaxt son qoyulacağı bilinmir. Bir həftəyə yaxındır ki, Təhrir meydanı ilə yanaşı Qahirənin müxtəlif ərazilərində, xüsusilə də Daxili İşlər Nazirliyinin binası ətrafında nümayişlər keçirilir. Müsəlman qardaşlarının « Lazım gələrsə hakimiyyəti yenidən devirərik» başlıqlı yayılan bəyanatından sonra hakimiyyəti əlində saxlayan Hərbi Şuranın üzvləri arasında narahatçılıq yaranıb. Hərbi Şura dövlət televiziyası vasitəsilə müsəlman qardaşlarına cavab vermək məcburiyyətində qalıb. Bundan sonra bu gün Təhrir meydanında daha bir etiraz nümayişi keçriləcəyi gözlənilirdi. Dünən gecə isə müsəlman qardaşları bu günə planlaşdırılan mitinqlərin təxirə salındığını bəyan edib. Lakin buna baxmayaraq Misirdə Hərbi Şuraya olan təzyiqlər davam edir. El-Fələkiyə küçəsi boyunca 4 gündür aksiyalarına davam edən «Ultras» tərəfdar qrupu üzvləri tələbləri yerinə yetirilməyənədək meydanlardan çəkilməyəcəklərini bildirirlər. Qrup üzvləri yeni konstitusiyanın hazırlamasından əvvəl yerinə yetirilməli olan daha vacib işlər olduğunu bildirirlər.

09:00 / 30.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 23578
Bu ay: 432994
Ümumi: 13922610
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın