/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İspaniyada ümummilli tətil keçrilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün İspaniyada aparıcı həmkarlar ittifaqlarının çağırışı ilə ümumimilli tətil keçrilir. Aksiyaçılar əmək qanunvericiliyində islahatlar aparılması ilə bağlı hökumətin təkliflərinə etiraz edirlər. Nəzərdə tutulan dəyişiliklərə işçilərin işdən azad olunması prosedurunun sadələşdirilməsi, təzminatların azaldılması, həmkarlar ittifaqları ilə razılaşdırılmadan iş gününün uzadılması ilə bağlı sahibkarlara hüququn verilməsi və əmək haqlarının azaldılması daxildir. Buna etiraz edən həkimlər, müəllimlər və hava limanı işçiləri bu gün işə çıxmayıblar. Yüzlərlə təyyarə reysi təxirə salınıb. Paytaxt Madridə isə əlavə polis birləşmələri cəlb edilib. Etiraz nümayişi gecə saatlarında başlayıb. Bir neçə yerdə polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Aksiyaçılar avtomobil yolunu bağlayıblar. Qeyd edək ki, baş nazir Mariano Raxoy, ölkəni dərin iqtisadi böhrandan çıxarmaq məqsədilə vergilərin artırılması, dövlət xərclərinin azaldılmaı, əmək bazarında islahatların aparılması kursunu götürüb. Hökumət hesab edir ki, bu tədbirlər İspaniyada işsizlərin sayını azaldacaq. Ölkədə keçirilən sorğulara əsasən, ispanların 67 faizi hesab edir ki, tətil, problemin həllinə kömək etməyəcək və vəziyyəti daha da pisləşdirəcək.

13:00 / 29.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 3395
Bu ay: 67215
Ümumi: 16381238
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın