/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriya problemi İstanbulda müzakirə ediləcək

Şriftin ölçüsü:  11px13px15px17px

«Suriyanın dostları» qrupuna daxil olan ölkələrin növbəti görüşü aprelin birində, İstanbulda keçiriləcək. Görüşdə Kofi Annanın sülh planının Bəşər Əsəd hökuməti tərəfindən necə yerinə yetirildiyi müzakirə olunacaq. Valero bildirib ki, dünya birliyi Əsədi əvvəl götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ittiham etmək niyyətindədir. Planın əsas maddələrindən biri də gündəlik 2 saatlıq atəşkəs və Suriyanın bütün böhranlı rayonlarında humanitar dəhlizin yaradılmasıdr. Lakin annan planının qəbulu Suriyadakı vəziiyyətə ciddi təsir etməyib. Ölkədən hər gün qarşıdurma xəbərləri gəlir. Hökumət qüvvələri müxalif qüvvələrə qarşı ağır texnika tətbiq edir. Tanklar bu dəfə Kalat Əl Malik qəsəbəsinə yeridilib. Hökumət qüvvələri üsyançıları təqib edirlər. Suriya televiziyası ölkənin İraqla sərhəd rayonlarında da döyüşlərin getdiyi barədə məlumat verib. Yerli müşahidəçilərin fikrincə, Bəşər Əsədin Homsa getməsi milli birlik yolunda dönüş nöqtəsi ola bilər. Suriya məsələsi bu gün İraqın paytaxtı Bağdadda keçirilən Ərəb Dövlətləri Birliinin sammitində də müzakirə olunacaq. Artıq Bağdad bəyannaməsi üzərində işlər yekunlaşıb. Sənəddə Suriya hökuməti və müxalifətə ləngimədən ciddi və konstruktiv dialoqa başalamaq çağırışı əks olunub. İraqın xarici işlər naziri Xoşiyar Zəvvari bildirib ki, ərəb dünyasının liderləri prezident Bəşər Əsədin istefaya getməsini tələb etmirlər. O, sammitdə suriya məsələsi üzrə yeni təşəbbüslərin irəli sürülməyəcəyini də bildirib. Gələn həftə isə Kofi Annan Suriya məsələsini müzakirə etmək üçün İrana səfər edəcək. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib. Bu arada Bəşər Əsədə və onun ailə üzvlərinə londonda keçiriləcək olimpiya oyunlarına getmək qadağan olunub. Bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib. Suriya idmançıları isə yarışlarda iştirak edəcək.

13:00 / 29.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 750
Bu ay: 98268
Ümumi: 16412291
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın