/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriyada müharibə səngiyir?

Şriftin ölçüsü:  11px13px15px17px

Annan planını qəbul etdikdən sonra Suriya hökuməti dialoqa və kompromisə hazır olduğu barədə niyətini açıqlayıb. Suriya televiziyası isə Homs, Həma və İdlib şəhərlərində vəziyyətin normallaşdığı barədə məlumatlar yayıb. Hökumət qüvvələri şəhər küçələrində üsyançıların axtarışını sona çatdıraraq döyüşçüləri ətraf ərazilərdə və qonşu dövlətlərlə sərhəd ərazilərdə təqib edirlər. Suriya telekananlı ölkənin iraqla sərhəd Əbu-Kamalda və Badi Mayadin rayonlarında silahlı qruplaşmalarala döyüşlərin getdiyi barədə məlumat verib. Məlumata görə burada ölkəyə qaçaq yolla gətirilən çoxlu sayda silah-sursat aşkar olunub. Yerli müşahidəçilərin fikrincə Bəşər Əsədin Homsa getməsi milli birlik yolunda dönüş nöqtəsi ola bilər. İraqın paytaxtı Bağdadda bu gün işinə başlayacaq Ərəb Dövlətləri Birliyinin sammitində də Suriya məsələsi müzakirə olunacaq. Birliyin sammitindən öncə hazırlanan Bağdad deklarasiyası üzərində işlər yekunlaşıb. Yekun sənəddə dərin daxili siyasi böhrandan çıxmaq məqsədilə Suriya hökuməti və müxalifət fraksiyalarına ləngimədən ciddi və konstruktiv dialoqa başalamaq çağırışı əks olunub. Bu sənəd görüş iştirakçıları tərəfindən təsdiqlənəcək. İraqın xarici işlər naziri Xoşiyar Zəvvari bildirib ki, ərəb dünyasının liderləri prezident Bəşər Əsədin istefaya getməsini tələb etmirlər. Onun sözlərinə görə Suriyanın daxili işlərinə hərbi müdaxilə və ya üsyançıların silahla təmin olunması ərəb xarici işlər nazirləri tərəfindən sammit öncəsi toplantıda müzakirə olunmayıb. O, birliyin sammitində Suriya məsələsi üzrə yeni təşəbbüslərin irəli sürülməyəcəyini də bildirib.

09:00 / 29.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 16992
Bu ay: 306977
Ümumi: 14441338
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın