/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropada tətil və nümayişlər davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

İqtisadi böhranla mübarizə aparan Avropada tətil və nümayişlər davam edir. İtaliyada hökumətin iqtisadi tədbirlər paketinə qarşı çıxan fəhlələrlə polis arasında toqquşma olub. Almaniya və Yunanıstanda da etirazlar səngimir. Paytaxt Romada metal sənayesi işçiləri İqtisadi İnkişaf Nazirliyinin binası qarşısında oturaq aksiya keçiriblər. Hökumətin yeni planının işsizliyin səviyyəsinin artmasına səbəb olacağından narahat olan etirazçılar, yolları bağlayıblar. Nümayişçilər hökuməti ölkənin ən kasıb bölgəsi olan sardiniyaya kifayət qədər diqqət ayırmamaqda günahlandırıblar. Aksiya zamanı iştirakçılarla polis arasında qarşıdurma baş verib. Almaniyada isə tətillər hava nəqliyyatının işini iflic edib. Maaşlarının artırılmasını tələb edən aeroport işçiləri aksiyanı davam etməkdə israrlıdırlar. Artıq yüzlərlə təyyarə reysi təxirə salınıb. Frankfurt, Müneh Düsseldorf, və Hanoverdə başlayan təillərə Ştutqart, Köln, Bonn hava limanlarının işçiləri də qoşulub. Yunanıstanda isə bələdiyyə işçiləri ayağa qalxıblar. Afinada nümayiş təşkil edən xeyli sayda bələdiyyə işçisi maaşlarının az, işlərinin isə çox olmasından narazıdırlar. Bu nümayişlər də toqquşmasız ötüşməyib. Polis bələdiyyə rəhbərlərinn Daxili İşlər Nazirliyinin binasına daxil olmaq cəhdinə güc tətbiq etməklə mane olub.

13:00 / 28.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 2380
Bu ay: 66200
Ümumi: 16380223
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın